12px13px15px17px
Tarix:17/07/19

Bu il dünyada İT qurğularının tədarükü 3 faiz azalacaq

“Gartner” analitik şirkəti kompüter, planşet və mobil telefonlar bazarının tədqiqatı üzrə nəticələri dərc edib. Ekspertlərin gözləntisinə görə, 2019-cu ildə belə qurğuların tədarükü 2,2 milyard ədədə çataraq 2018-ci illə müqayisədə 3,3 faiz azalacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ən zəif tələbat mobil telefonlaradır. Bu il onların tədarükü 3,3 faiz azalaraq 1,7 milyard ədəd təşkil edəcək. Şirkətin tədqiqatlar üzrə direktoru Rancit Atvalın sözlərinə görə, bu, 2015-ci ilin göstəricisindən (1,9 milyard ədəd) 10 faiz azdır.

 

2023-cü ilin ortalarınadək smartfonların orta istismar müddətinin hazırkı 2,6 ildən 2,9 ilədək artacağı gözlənilir. Proqnoza görə, 2019-cu ildə smartfonların satışı 2,5 faiz aşağı düşəcək. Bu isə bazar tarixində ən böyük azalmadır.

 

Tədqiqatda qeyd olunur ki, dünya mobil telefonlar bazarının həcmi 2020-ci ildə cüzi artaraq 1,77 milyard ədədə bərabər olacaq. 2021-ci ildə isə tədarük 1,76 milyard ədədədək azalacaq.

 

Fərdi kompüterlərin tədarükünə gəldikdə, 2019-cu ilin yekunları üzrə onların qlobal miqyasda tədarük həcmi 257 milyon ədəd səviyyəsində gözlənilir. Bu, ötənilki göstəricidən 1 faiz azdır.

 

“ABŞ və Çin arasında davam edən ticarət münaqişəsi və potensial rüsum tətbiqi bu il fərdi kompüterlər bazarına təsir edə bilər”, – R.Atval bildirib.

 

Analitiklər vurğulayır ki, ikinci rübdə kompüter bazarında 1,5 faizlik artıma baxmayaraq 2019-cu ilin yekunları üzrə vəziyyət qeyri-müəyyən olaraq qalır.

 

Aprel-iyunda fərdi kompüter və noutbukların satışının artmasına şirkətlərin yeni qurğuların artması ilə müşahidə olunan “Windows 10” əməliyyat sisteminə keçməsi kömək edib. “Gartner” analitiklərinin fikrincə, 2021-ci ilin əvvəlində korporativ fərdi kompüterlərin 75 faizi “Windows 10” sisteminin idarəetməsi ilə işləyəcək.

 

Tədqiqatçıların proqnozuna görə, 2020-ci ildə fərdi kompüterlərin qlobal tədarükü 252,7 milyon ədədədək azalacaq, 2021-ci ildə isə 252,6 milyon ədəd olacaq. Bununla yanaşı, bahalı portativ qurğuların tədarükü artmaqda davam edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 41

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Noyabr 2019

13 11 2019

13/11/19
“5G” şəbəkələrində 12 ciddi boşluq aşkar edilib

Beşinci nəsil mobil şəbəkələr təhlükəsiz kimi xarakterizə edilsə də, kibertəhlükəsizlik sahəsində mütəxəs

13/11/19
Yaponiya Aya yük gəmilərinin göndərilməsi üçün iki variant hazırlayıb

Yaponiyanın ağır maşınqayırma sahəsində aparıcı “Mitsubishi Heavy Industries” korporasiyası 

13/11/19
“Robopark” sərgisini ziyarət etmək istəyənlər üçün pulsuz biletlərin qeydiyyatı başlayıb

3-6 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Telekommunikasiya, 

13/11/19
“Facebook” “iPhone” kamerasının köməyilə “iOS” istifadəçilərini izləyir

“Facebook”un “iOS” üçün mobil tətbiqi “iPhone” kamerasının köməyi ilə istifadəç

13/11/19
Bu gün dünyada ilk veb səhifə istifadəyə verilib

1990-cı il noyabrın 13-də britaniyalı alim Tim Berners-Li tərəfindən dərc edilmiş dünyada ilk veb səhifəd

13/11/19
“Dell” öz kompüterlərinin tullantılarını azaltmağı planlaşdırır

Kompüter texnikasının istehsalı ilə məşğul olan ABŞ korporasiyası ətraf mühitə zərər verməyən qurğular

13/11/19
Avropada açıq kompüter arxitekturaları laboratoriyası yaradılıb

Barselona Superkompüter Mərkəzində açıq kompüter arxitekturaları laboratoriyası (Laboratory 

13/11/19
“5G” şəbəkələri sahəsində lider ölkələr açıqlanıb

Telekommunikasiya sahəsində tədqiqatlarda ixtisaslaşan “GSMA Intelligence” təşkilatı ABŞ, Çin və Cənubi K

13/11/19
“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb

“Facebook” şirkəti yeni onlayn ödəniş xidmətini istifadəyə verməyə hazırlaşır. Bu haqda şirkətin rəsmi sa

13/11/19
Dünya telekommunikasiya sahəsi stabil artım nümayiş etdirir

Dünya telekommunikasiya sahəsi stabil artım tempi nümayiş etdirir. Bu barədə “International Data Corporat