12px13px15px17px
Tarix:18/07/19

Ən aktiv zərərverici proqramlar müəyyənləşdirilib

İnformasiya təhlükəsizliyinin təmini üçün həllər istehsalçısı olan “Check Point Software Technologies” ən aktiv kibertəhdidlərə həsr edilmiş yenilənmiş araşdırmasını dərc edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, iyunda aşağıdakı zərərverici proqramlar geniş yayılıb: “XMRig”, “JSEcoin” və “Cryptoloot”. Bu proqramlar hakerlər tərəfindən kriptovalyutanın mayninqi üçün istifadə olunur.

 

Müdaxilə edilmiş qurğularda “root” girişin əldə edilməsi üçün “Android” əməliyyat sistemindəki boşluqlardan istifadə edən “Lotoor” zərərverici proqramı ən aktiv mobil təhdid olaraq qalır.

 

“Android Lotoor” üçün modulyar bekdor populyarlığına görə ikincidir, yüklənmiş zərərverici proqramlar üçün super istifadəçi hüququ verir, həmçinin onu sistem proseslərinə tətbiq etməyə kömək edir.

 

Mobil qurğular üçün ən aktiv təhdidlərin üçlüyünə “Ztorg” troyanları daxil edilib. Bu troyanlar “Android” qurğularda geniş üstünlüklər əldə edir və özlərini sistem kataloquna quraşdırırlar. Zərərverici proqram, həmçinin qurğuda istənilən başqa proqramı quraşdıra bilər.

 

Emil Hüseynov





Baxış sayı: 236

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Avqust 2019

17 08 2019

17/08/19
“NVIDIA” və “AutoX” şirkətləri Avropa bazarı üçün avtomatlaşdırılmış taksi hazırlayacaq

2020-ci ilin sonunadək “NVIDIA” qrafik prosessorlar istehsalçısı “AutoX” və “NEVS” şirkətləri ilə 

17/08/19
“iPhone” smartfonunda yeni təhlükəli boşluq aşkar edilib

Hakerlər "Kontaktlar" proqramının köməyi ilə “iPhone” qurğusuna müdaxilə etməyə 

17/08/19
Dəriyə bərkidilən yeni datçiklər istifadəçinin sağlamlıq vəziyyətini izləyir

Stenford Universitetinin mühəndisləri plastır kimi dəriyə yapışan datçiklərin