12px13px15px17px
Tarix:18/07/19

“OneWeb” kosmik internetində məlumatlar 400 Mbit/saniyə sürətlə ötürülüb

Böyük Britaniyanın “OneWeb” şirkəti kosmik internetin ilk sınağının nəticələrini dərc edib. Bağlantı bir müddət əvvəl aşağı orbitə çıxarılan peyklər vasitəsilə qurulub. Peyklər qruplaşması perspektivdə planetin istənilən nöqtəsində genişzolaqlı internetə çıxışı təmin edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, test zamanı məlumatların 400 Mbit/saniyə sürətində ötürülməsi qeydə alınıb, yubanma göstəricisi 40 milli-saniyə təşkil edib. Hazırda orbitə 6 ədəd “OneWeb F6” peyki çıxaran şirkət gələcəkdə onların qruplaşmasını bir neçə yüzədək artırmağı planlaşdırır. Sınaqlar “OneWeb” istifadəçiləri üçün terminallar hazırlayan və istehsal edən “Intellian” şirkəti və bağlantının qurulması üçün test modemi hazırlayan “SatixFy” şirkəti ilə əməkdaşlıqda aparılıb. “OneWeb” rəhbəri Adrian Ştekelin sözlərinə görə, şirkət kosmik interneti yaxın 2 ildə kommersiya istifadəsinə verəcək.

 

Bildirilir ki, 2019-cu ilin dördüncü rübündən etibarən orbitə hər ay eyni anda 30 peykin çıxarılması planlaşdırılır, 2021-ci ilədək isə internetə qlobal çıxışı təmin edən 650 peykdən ibarət strukturun yaradılması nəzərdə tutulur. Tələbat yüksək olacağı təqdirdə onların sayı 1980-dək artırıla bilər. Peyklərin hər biri Yerlə Ka diapazonunda (20-30 QHs radiotezliyində) və Ku diapazonunda (11-14 QHs radiotezliyində) rabitəni təmin edəcək.

 

“OneWeb” nümayəndələrinin sözlərinə görə, istifadəçilər perspektivdə 100 Mbit/saniyə (ən yüksək sürət 500 Mbit/saniyə) sürətində və 25-35 milli-saniyə yubanma vaxtı ilə stabil bağlantı ilə təmin ediləcəklər. Mövcud geostasionar peyk rabitə sistemlərində orta yubanma vaxtı 300 milli-saniyə təşkil edir. Britaniya provayderinin rəqibi kimi artıq orbitə 60 peyk buraxan, lakin onların sınaqlarını indiyədək açıqlamayan “SpaceX” şirkəti çıxış edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 88

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə