12px13px15px17px
Tarix:23/07/19

“Apple” artıq 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlumatlara görə, “Apple Watch” smart saatının displeyi “microLED”, “iPhone” smartfonunda “ProMotion” texnologiyasına əsaslanacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, indi “Apple Watch” smart saatında “LG Display” tərəfindən tədarük olunan “OLED” panellər quraşdırılır. “Economic Daily News” nəşri yazır ki, 2020-ci ildə sözügedən qurğular “microLED” displeylərlə təchiz ediləcək.

 

“microLED” texnologiyası ilə hazırlanmış ekranlar maye kristal və OLED displeylərlə müqayisədə daha incə, daha parlaq və enerji baxımından səmərəlidir. Eyni zamanda sözügedən texnologiya üzrə ekran istehsalı daha baha və çətin başa gəlir.

 

2020-ci ildə təqdim olunacaq “iPhone” smartfonunun displeyi isə “ProMotion” texnologiyası ilə təchiz ediləcək. Bu sistem qurğularda təsvirin yenilənməsi üçün dəyişən tezliklə (60/120 Hers) təmin edir ki, bu da məhsuldarlığı və avtonom iş vaxtını yüksəldir.

 

Emil Hüseynov





Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024