12px13px15px17px
Tarix:23/07/19

“NVIDIA” Britaniyada süni intellekt sahəsində tədqiqatlar üçün texnoloji mərkəz açıb

“NVIDIA” şirkəti Böyük Britaniyada süni intellekt sahəsində innovativ tədqiqatların və məlumat analizi metodlarının, eləcə də ölkənin təhsil və tədqiqat cəmiyyəti ilə fəaliyyətin dəstəklənməsi üçün nəzərdə tutulan yeni texnoloji mərkəz açıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, süni intellekt üzrə texnoloji mərkəzə ilk olaraq “EPCC” Superhesablama Mərkəzi (Edinburq Paralel Hesablamalar Mərkəzi), “Hartree Centre” elmi tədqiqat mərkəzi və Redinq Universiteti qoşulub. Mərkəz üzvləri layihələrin dəstəklənməsi üçün “NVIDIA” ekspert bilikləri və resurslarından istifadə edə biləcəklər.

 

“EPCC” layihəsinin məqsədi qaz trubinlərinin hazırlanması üçün tətbiq ediləcək mexaniki, struktur və hidrodinamik modelləşdirilməni sürətləndirməkdir. Tədqiqatçılar hazırkı alqoritmlərin işinin səmərəliliyinin artırılması üçün kompüter təlimi və qarışıq dəqiqlik hesablaması yanaşmasından istifadə edəcəklər.

 

“Hartree Centre” ilə əməkdaşlıq isə rəqəmli “tvininq”ə – real obyektlərin ətraflı virtual təqdimatına yönəldiləcək. Bu fəaliyyət Britaniya sənayesinə məhsuldarlığı artıraraq yeni qurğuların bazara çıxarılma vaxtını azaltmaqla yeni məhsullar hazırlamağa və prosesləri optimallaşdırmağa imkan verəcək.

 

Redinq Universtiteti hava və iqlim dəyişikliklərinin modelləşdirilməsi proseslərinin təkmilləşdirilməsi üçün kompüter təlimi metodlarını öyrənəcək. Universitetin ilk layihəsində növbəti hesablama və ən əhəmiyyətli məlumatların saxlanılması məqsədilə hesablama nəticələrinin emalı üçün dərin təlim metodları tətbiq edilib. Layihədə qəbul edilən yanaşma saxlanma və emal üçün lazım olan məlumatların həcmini minimallaşdırmağa imkan verəcək ki, bu da vaxta, enerjiyə və avadanlıq xərclərinə qənaət edəcək.

 

Nizam Nuriyev





Baxış sayı: 495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024