12px13px15px17px
Tarix:24/07/19

Avropa İttifaqının kvant təşəbbüsünü dəstəkləyən ölkələrin sayı artır

Macarıstan, Portuqaliya və Polşa kvant kommunikasiya infrastrukturunun (QCI) hazırlanması və qurulması məqsədilə Avropa İttifaqının digər üzvləri ilə birgə fəaliyyət haqqında deklarasiyanı imzalayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, kvant kommunikasiya texnologiyası fundamental fizika qanunlarına əsaslanır. Məlumat mübadiləsi üçün ələ keçirilməyə cəhd zamanı vəziyyəti biryolluq dəyişən bir-birindən ayrı fotonlardan istifadə olunur. Beləliklə, kvant kanallar vasitəsilə ötürülən informasiyanı gizlicə oğurlamaq, sadəcə, qeyri-mümkündür.

 

Məlumata görə, “QCI” təşəbbüsünün məqsədlərindən biri məhz kibertəhlükəsizlik səviyyəsinin artırılmasıdır. Bundan başqa, layihə Avropa ölkələrinə kvant texnologiyalar bazarında mövqeyini möhkəmləndirməyə imkan verəcək.

 

Kvant kommunikasiya infrastrukturunun növbəti 10 il ərzində Avropa İttifaqı ərazisində qurulması planlaşdırılır.

 

Qeyd edək ki, bundan əvvəl təşəbbüs Belçika, Almaniya, İtaliya, Lüksemburq, Malta, Niderland və İspaniya tərəfindən dəstəklənib.

 

Nizam Nuriyev





Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024