12px13px15px17px
Tarix:17/11/11

“NASA” serverlərini “sındıran” haker həbs edilib

Rumıniya hakimiyyəti “NASA”-nın bir neçə serverinə müdaxilədə, həmçinin Amerika kosmik agentliyinə 500000 dollar dəyərində zərərin vurulmasında ittiham edilən 26 yaşlı şəxsi həbs edib.

26 yaşlı Robert Bitıka çərşənbə axşamı Rumıniyanın Kluj şəhərində həbs edilib. Araşdırma məlumatlarına əsasən, haker hücumlar zamanı “İceman” ləqəbindən istifadə edib. Hakerin ali təhsili və daimi iş yeri yoxdur.

Bitıka 2010-cu il dekabr ayının 12-dən başlayaraq “NASA”-nın bir neçə serverinin “sındırılması”nda ittiham edilir. Rumıniya hakimiyyəti bildirib ki, haker bəzi əhəmiyyətli məlumatları məhv etmiş və “NASA” şəbəkəsinin müdafiə olunan hissələrinə daxil olub.

Qeyd edək ki, Rumıniya hakerləri bundan əvvəl artıq bir neçə dəfə “NASA” serverlərinə hücum ediblər. Belə ki, 2008-ci ildə “NASA”, ABŞ Hərbi Dəniz Flotu və ABŞ Energetika Nazirliyi serverlərinin “sındırılması”nda ittiham edilmiş Viktor Faur saxlanılmışdı.



Baxış sayı: 1388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024