12px13px15px17px
Tarix:02/08/19

“Uber Eats” dronlarla yemək çatdırma servisini sınaqdan keçirib

Hazır yeməyin çatdırılması üzrə xidmətlər göstərən servislərə yüksək tələbatla əlaqədar kuryerlər sifarişləri həmişə vaxtında yerinə yetirə bilmirlər. Bu problemin pilotsuz uçan aparatlar vasitəsilə həllini təklif edən “Uber Eats” şirkəti artıq ilk robotlaşdırılmış “əməkdaş”ı istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, keçirilən sınaqlarda göyərtəsində yemək daşıyan “VOXL” adlı pilotsuz uçan aparat sifarişləri göstərilən ünvanlara uğurla çatdırıb. Modelin hazırlanmasında dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən mobil platformanı hazırlayan “ModalAI” şirkəti iştirak edib. Platforma yükü operator təsviri dronun kamerasından görməyən halda da çatdıra bilir.

 

Peyk GPS siqnalına əsaslanan sistemlərdən fərqli olaraq “VOXL” hətta rabitə əlaqəsi müvəqqəti itəndə də iş qabiliyyətini qoruyur. Sınaqlar zamanı platforma hava məkanını izləyib, marşrutu müəyyənləşdirib, “Uber” “bulud” servis ilə işləyib, eləcə də dronun olduğu yeri virtual xəritə üzərində qeyd edərək operatorun iştirakını minimuma endirib.

 

“Uber” nümayəndələrinin sözlərinə görə, pilotsuz uçan aparatın ABŞ-ın milli aerokosmik məkanına inteqrasiyası şirkət üçün çağırışdır. Çünki hündür binalar və uzunmüddətli uçuş məsafəsi bəzən dronları adi distansiyalı idarəetmənin əhatə dairəsindən kənarda qoyur. “ModalAI” həllinin inteqrasiyası isə “Uber Eats” təşəbbüsü üçün optimal variant olub. Layihədə platforma tərtibatçıları ilə yanaşı, “Qualcomm” (şirkətin çipləri dronun aparat tərkib hissəsi üçün əsas olub) iştirak edib.

 

Nizam Nuriyev





Baxış sayı: 15

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Avqust 2019

24 08 2019

24/08/19
“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlanıb

“Silence” haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib. Bu barədə ki

24/08/19
“5G” infrastrukturu sahəsində xərclər 2 dəfə artacaq

“Gartner” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) infrastrukturunun inkişafı üzrə proqn

24/08/19
“Intel” süni intellekt üçün ilk prosessor hazırlayıb

“Intel” şirkəti “Nervana NNP-I” (digər adı Springhill) prosessorunu təqdim edib.