12px13px15px17px
Tarix:06/08/19

2022-ci ildən “Google” bütün qurğularında yenidən emal edilmiş materiallardan istifadə edəcək

“Google” şirkəti atmosferə atılan tullantıların azaldılması üzrə planları barədə məlumat verib. Bundan ötrü internet nəhəngi bütün qurğularında ekoloji cəhətdən təmiz materiallardan istifadəyə başlayacaq, dəniz vasitəsilə daşımaların sayını azaldacaq və ağac əkməklə tullantıları kompensasiya edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, şirkətin mətbuat xidmətindən verilmiş məlumata görə, 2022-ci ilədək bütün qurğularında yenidən emal edilmiş materiallardan istifadə ediləcək. Artıq “Nest”in bəzi məhsullarında ekoplastikdən istifadə edilir.

 

“Engadget” nəşri yazır ki, həmçinin “Apple” kimi digər texnoloji şirkətlər hər il öz qurğularının yeni versiyalarında ekoloji cəhətdən təmiz material növlərindən istifadə edirlər.

 

Emil Hüseynov





Baxış sayı: 706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024