12px13px15px17px
Tarix:14/08/19

Genişləndirilmiş intellekt şirkətlərə 2,9 trilyon dollar qazandıracaq

“Gartner” analitik şirkəti şirkətlərdə genişləndirilmiş və ya təkmilləşdirilmiş süni intellektdən (augmented intelligence) istifadə üzrə proqnoz açıqlayıb. Söhbət korporativ məlumatların analizi və qərarların qəbulu üçün tətbiq edilən texnologiyalardan gedir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin proqnozuna görə, 2030-cu ilədək genişləndirilmiş intellektin tətbiqindən kommersiya dəyəri 2,9 trilyon dollara, əmək məhsuldarlığı isə 6,2 milyard saata bərabər olacaq.

 

Bildirilir ki, süni intellekt texnologiyalarından istifadə bir çox adi əməliyyatların yerinə yetirilməsini avtomatlaşdırmağa imkan verir. Məsələn, müəssisə və təşkilatlar süni intellekt əsasında çat servisləri, tövsiyə platformaları, eləcə də “ağıllı” məlumat analizi sistemləri tətbiq edirlər.

 

“Genişləndirilmiş intellekt insanlar tərəfindən süni intellektdə istifadə edilən bütöv potensialdır. Süni intellekt texnologiyaları inkişaf etdikcə genişləndirilmiş süni intellektdə təklif edilən insan və süni intellektin birləşdirilmiş imkanları müəssisələrə daha çox fayda gətirəcək”, – “Gartner” şirkətinin tədqiqatlar üzrə vitse-prezidenti Svetlana Sikular bildirib.

 

2030-cu ilədək şirkətlərin süni intellektdən istifadədən əldə edəcəkləri kommersiya gəlirinin təxminən 40 faizinin “augmented intelligence” texnologiyalarının payına düşəcəyi gözlənilir. Qalan hissəyə süni intellekt agentləri (24 faiz), avtomatik qərar qəbulu sistemləri (19 faiz) və “ağıllı” məhsullar (13 faiz) sahib çıxacaq. Genişləndirilmiş süni intellekt seqmentinin digər sahələrdən daha sürətli artacağı proqnozlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 276

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Oktyabr 2019

15 10 2019

15/10/19
Dünyada ən sürətli enerji doldurma texnologiyasına malik telefon təqdim edilib

Çinin “Realme” şirkəti dünyada ən sürətli enerji doldurma texnologiyasına malik “X2 Pro” qabaqcıl smart

15/10/19
“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib

“Sony” dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin

15/10/19
Rusiyada rəqəmli televiziyaya keçid başa çatıb

Rusiyanın bütün regionlarında analoq efir yayımı rəsmən dayandırılıb. Rəqəmli televiziya üçün

15/10/19
Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistan

15/10/19
EMEA regionunda kompüterlərin tədarükü 3 faiz yüksəlib

EMEA regionunda fərdi kompüterlərə tələbat artır. "Gartner" və "IDC" analitiklərinin məlumatı 

15/10/19
Kosmik lift layihəsi təqdim olunub

Kembric Universitetinin məzunları kosmik lift layihəsini təqdim ediblər.

15/10/19
Süni intellekt beyin fəaliyyətinin pozuntularını aşkarlayacaq

Rusiya və Almaniya neyrofizioloqlar qrupu beyinin elektrik aktivlik siqnallarını analiz edən və onun fəal

15/10/19
“Apple” ucuz “iPhone” təqdim edəcək

“Apple” korporasiyası 2020-ci ilin əvvəlində “iPhone SE 2” smartfonunu təqdim edəcək. Bu haqda tanınmış a