12px13px15px17px
Tarix:19/08/19

Dünyada İKT xərcləri stabil artacaq

İqtisadi artımın zəifləməsi və ABŞ və Çin arasında ticarət münaqişəsinin kəskinləşməsinə baxmayaraq dünyada informasiya-kommunikasiya texnologiyaları (İKT) üçün xərclər növbəti 5 ildə stabil artacaq. Bu barədə “International Data Corporation” (IDC) tədqiqat şirkətinin proqnozunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin gözləntilərinə görə, 2023-cü ildə İT avadanlığı, proqram təminatı, servis və telekommunikasiya həlləri üçün xərclər 4,8 trilyon dollara çatacaq. Bu bazarda 3,8 faiz illik artım proqnozlaşdırılır.

 

Mütəxəssislər qeyd edir ki, ABŞ və Çin arasında ticarət qarşıdurması təkcə mənfi deyil, eyni zamanda müsbət məqamları özündə birləşdirir. Bir tərəfdən, əksər şirkətlərin Çin üzrə satışlardan getdikcə daha çox asılılığı yaranır ki, bunun da nəticəsində onların ticarət münasibətlərində ABŞ-dan uzaqlaşması davam edəcək. Digər tərəfdən, münaqişə bir sıra istehsalçılar üçün, əksinə, ABŞ-a ixracın artırılması imkanları açır. Məsələn, ticarət münaqişəsi Hindistan sənayesi üçün çox sərfəlidir. Bununla yanşı, əksər Asiya şirkətləri ABŞ və Çin arasında balans axtaracaq və münaqişənin genişlənməsi onlar üçün əsasən mənfi nəticələrə səbəb olacaq.

 

Proqnoza görə, 2023-cü ilədək bütün İKT xərclərinin təxminən üçdə iki hissəsi (2018-ci ildə 60,4 faiz) korporativ sektorun payına düşəcək, illik artım tempi isə 5,1 faiz təşkil edəcək. Bank və diskret istehsal yaxın 5 ildə İKT-də ən çox investisiyaların yatırıldığı sahələr olacaq. Sonrakı mövqelərdə ən sürətli artan kateqoriyalara çevriləcək peşə xidmətləri yer alacaq.

 

Şirkətlərdə İKT xərclərinin artımının əsas katalizatorları kimi İT infrastrukturunun planlaşdırılan və dövri yenilənməsi, eləcə də biznes model, məhsul və xidmətlərin rəqəmli transformasiyasını təmin edən yeni texnologiya və servislərə investisiyalar qeyd olunur. Şirkətin proqnozuna görə, 2019-cu ilin yekunları üzrə rəqəmli transformasiya layihələri üçün xərclər qlobal miqyasda 1,18 trilyon dollara çatacaq.

 

İstehlak İKT xərclərinə gəldikdə, onların illik artımı 1,5 faizə bərabər olacaq. Xərclərdə üstünlüyü mobil servislər və qurğular, o cümlədən smartfon, noutbuk və planşetlər təşkil edəcək.

 

2023-cü ildə ən çox İKT xərcləri ABŞ-da (1,66 trilyon dollar), ən sürətlə artan xərclər isə Çində (6,1 faiz illik artım) gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 217

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 Mart 2020

30 03 2020

30/03/20
“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” şirkəti öz rəsmi saytında “Galaxy M11” smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri 

30/03/20
Bərpa olunan enerji planetə mənfi təsir göstərir

Bərpa olunan enerji mənbələrindən təmiz enerjiyə keçid zərərli tullantıların azaldılması və planetdə həya

30/03/20
“Apple” prosessorlu ilk noutbuklar 2021-ci ildə buraxılacaq

“Apple” şirkəti 2021-ci ildə noutbuk və masaüstü kompüterləri öz istehsalı olan “ARM” arxitekturalı

30/03/20
“Samsung Galaxy Chromebook” noutbuku nə vaxt satışa çıxarılacaq?

“Samsung” şirkətinin premium “Galaxy Chromebook” noutbukunun rəsmi satışa çıxarılma tarixi məlum olub. 

30/03/20
Çinin texnoloji nəhəngləri “bulud” oyun platformasının yaradılması üçün səyləri birləşdirib

Çinin iki nəhəng texnoloji şirkəti – “Huawei Technologies” və “Tencent Holdings” mobil əyləncə

30/03/20
Bu şirkət mobil prosessor bazarında öz mövqeyini möhkəmləndirib

Prosessor smartfonun “ürəyi” hesab edilir, digər bütün komponentlərin işləməsi ondan asılıdır. 

30/03/20
“Huawei” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.