12px13px15px17px
Tarix:28/08/19

“Google Play” mağazasında casus proqramı aşkar edilib

“Google Play” mobil tətbiqlər mağazasında internet radio proqramı kimi maskalanan “Radio Balouch” casus proqramı aşkar edilib. Bu haqda “Eset” antivirus şirkətindən məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, “Google Play” mağazasında internet-radio üzərindən musiqi dinləmək üçün tam funksional proqram yerləşdirilmişdi. Ancaq həmin proqram fon rejimində virusa yoluxdurulmuş qurğulardan fərdi məlumatları toplayaraq istifadəçiləri izləyib.

 

“Radio Balouch” tətbiqi “AhMyth” açıq mənbə kodlu casus aləti əsasında işlənib hazırlanıb. “AhMyth” alətinin zərərverici xüsusiyyəti gizlədilməyib, buna görə “Radio Balouch” və onun törəmələrinin həqiqi təyinatını müəyyənləşdirmək mütəxəssislər üçün sadə bir iş olub.

 

Emil Hüseynov





Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024