12px13px15px17px
Tarix:29/08/19

“Google Pixel” smartfonlarının istehsalı Vyetnama köçürüləcək

“Google” şirkəti “Pixel” smartfonlarının istehsalını Çindən Vyetnama köçürmək niyyətindədir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bununla bağlı qərar Çində iş qüvvəsinin bahalaşması, eləcə də ABŞ və Çin arasında davam edən ticarət münaqişəsi səbəbindən rüsümların əlavə təzyiqi fonunda qəbul edilib.

 

Məlumata görə, ABŞ internet nəhəngi son nəticədə ABŞ bazarı üçün nəzərdə tutulan avadanlığın, o cümlədən “Pixel” smartfonları və “Google Home” intellektual kolonkalarının istehsalının əksər hissəsini Çindən kənara köçürməyi planlaşdırır.

 

Bu il şirkət 8-10 milyon smartfonun tədarükünü nəzərdə tutur ki, bu da bir il əvvəldən 2 dəfə çoxdur. Vyetnamda istehsal “Google” şirkətinin smartfonlar bazarında əsas artım elementi olacaq.

 

Şirkət bu ilin sonunadək “Pixel 3A” smartfonlarının istehsalının bir hissəsini Vyetnama köçürəcək. Bundan başqa, intellektual kolonka istehsalının müəyyən hissəsi Tailanda köçürülsə də, yeni məhsulun hazırlanması və onun ilkin istehsalı Çində davam etdiriləcək.

 

Qeyd edək ki, dünyanın iki ən böyük iqtisadiyyatı – ABŞ və Çin arasında uzun sürən ticarət münaqişəsi şirkət və sərmayədarlar üçün qeyri-müəyyənlik yaratmaqda davam edir. “Apple” və “Nintendo” daxil olmaqla 50-dən çox şirkət ABŞ tərəfindən tətbiq edilən rüsumlardan yayınmaq üçün istehsalın Çindən köçürülməsi ilə bağlı planları elan edib və ya nəzərdən keçirir.

 

Nizam Nuriyev





Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024