12px13px15px17px
Tarix:31/08/19

“Panasonic” şirkəti GPS və barmaq izləri skanerinə malik "ağıllı" çamadan təqdim edib

“Panasonic” şirkəti “Samsonite” turizm avadanlıqları istehsalçısı ilə birgə “EVOA Tech” adlı "ağıllı" çamadan hazırlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, çamadan baqajın yerini izləməyə, yaxında və ya xeyli  uzaqda olduqda siqnal göndərməyə imkan verəcək “Bluetooth” trekerlə təchiz edilib. Həmçinin onun köməyilə iki tərəfli izləmə sayəsində öz smartfonunu tapmaq mümkündür. Xüsusi proqram vasitəsilə çamadanı idarə etmək mümkündür.
 
Çamadanın digər bir funksiyası üç kontakta SOS siqnalı göndərmək imkanına malik olmasıdır. Bundan başqa, çamadan səyahətlər zamanı gözəl anların şəklini çəkən “Selfie button” düyməsinə malikdir.
 
“EVOA Tech”, həmçinin biometrik bloklama sistemi, daxili tərəzi və qurğuların enerji ilə doldurulması üçün USB portla təchiz edilib. Barmaq izləri skanerinin yaddaşı 10 nəfər üçün nəzərdə tutulub.
 
Emil Hüseynov




Baxış sayı: 941

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024