12px13px15px17px
Tarix:03/09/19

“Facebook” sayğacdan imtina haqqında düşünür

“Facebook” şirkətinin nümayəndələri xəbər lentindəki postların altında bəyənmələrin sayını gizlədən funksiyanın tətbiq edilməsi imkanını nəzərdən keçirirlər. Bu haqda “TechCrunch” portalı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni funksiya “Facebook”un “Android” sistemi üçün tətbiqində sınaqdan keçirilir.

 

"Maraqlıdır ki, bəyənmələrin sayı və ya şərhlərə reaksiya hələ gizlədilməyib. Bu, sözügedən funksiyanın erkən hazırlanma mərhələsində olması ilə bağlı ola bilər” – “TechCrunch” portalının eksperti Ceyn Vonq deyib.

 

Məlumata görə, bu üsulla istifadəçiləri sosial şəbəkədə paxıllıq təzahürlərindən qorumaq və özünə senzura təzyiqini azaltmaq istəyirlər.

 

Emil Hüseynov





Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024