12px13px15px17px
Tarix:03/09/19

Süni intellektli “LG NanoCell 8K” televizoru təqdim edilib

“LG” şirkəti 75 düym diaqonallı ekran və “8K” standartlı təsvir ölçüsünə malik yeni televizorun texniki xüsusiyyətlərini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, “NanoCell” adlı model kənar işıqlandırmadan asılı olaraq ekran parlaqlığını müstəqil şəkildə quraşdırmağa, eləcə də səsi televizora baxan şəxs tərəfə istiqamətləndirməyə imkan verən süni intellekt texnologiyasından istifadə edir.

 

Televizora neyroşəbəkənin, eləcə də “8K” (7680х4320 piksel) təsvir ölçülü ekran üçün daxil olan videokontentin emalı və miqyaslanma sisteminin işini təmin edən xüsusi “Alpha-9 Gen 2” prosessoru inteqrasiya olunub. Bununla yanaşı, istifadəçi süni intellektin işi müəyyən səbəblərə görə onu qane etmədiyi halda əllə quraşdırma imkanını tətbiq etməyə malik olacaq.

 

Bundan başqa, yeni televizor “Dolby Vision” daxil olmaqla istənilən “HDR” standartında kontenti müstəqil seçə biləcək. “LG NanoCell 8K” televizoru, həmçinin kontekst axtarış sorğuları zamanı nitqin tanınması texnologiyasını dəstəkləməklə seçilmiş janr və ya mövzu daxilində verilən rejissor və ya aktyor adlarına görə film axtarışına imkan verir.

 

Dünyanın aparıcı bazarlarında satışa çıxarılacaq “LG NanoCell 8K” televizorunun qiyməti hələ ki açıqlanmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024