12px13px15px17px
Tarix:04/09/19

Yerin asteroid hücumlarından qorunması ilə bağlı plan müzakirə olunacaq

ABŞ Kosmik Agentliyi və Avropa Kosmik Agentliyinin mütəxəssislər qrupu Romada görüşərək asteroidlərin uzaqlaşdırılması sisteminin hazırlanmasında irəliləyişi müzakirə edəcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ilk buraxılışı 2022-ci ilə planlaşdırılan birgə missiya asteroidin orbitinin nəzarət altında dəyişdirilməsinin mümkünlüyünü yoxlayacaq. Bütün dünyanı təmsil edən ekspertlər sentyabrın 11-13-də keçiriləcək asteroidlərin təsirinin qiymətləndirilməsinə həsr edilən beynəlxalq seminarda iştirak edəcəklər. Missiya Didim (65803) asteroidi – uzadılmış orbitlə xarakterizə olunması səbəbindən Günəş ətrafında hərəkət prosesində təkcə Yerin deyil, eyni zamanda Marsın orbitini keçən apollonlar qrupunun sürətlə dövr edən yerətrafı asteroidlə məşğul olacaq. Missiya iki mərhələdən ibarət olacaq: əvvəlcə asteroidə ABŞ Kosmik Agentliyinin “DART” kosmik gəmisi təsir etdikdən sonra Avropa Kosmik Agentliyinə məxsus “Hera” adlı ikinci kosmik gəmi “DART”ın asteroidlə toqquşma yerini tədqiq edəcək və onun nəticələri və Didim trayektoriyasına təsiri barədə məlumatlar toplayacaq.

 

“DART” kosmik gəmisinin hazırlanmasına 2021-ci ilin yayında başlamaq nəzərdə tutulur. Missiyanı kosmik aparatın asteroidə zərbə anını qeydə alacaq kiçik əlavə “LICIACube” (Light Italian CubeSat) peyki müşayiət edəcək. Bundan sonra “Hera” əmələ gələn zərbə kraterinin formasını və toqquşmadan sonra asteroidin çəkisini qiymətləndirəcək. Missiya uğurlu olacağı təqdirdə asteroid trayektoriyasının dəyişdirilməsi üzrə bu prinsip Yer kürəsinin mümkün faciəli zərbələrdən qorunması üçün istifadə oluna bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 541

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024