12px13px15px17px
Tarix:10/09/19

İlk “Huawei” televizorunun təqdimat tarixi açıqlanıb

İlk “Huawei” televizorunun təqdimat tarixi məlum olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DGL” resursuna istinadən yazır ki, məlumata görə, model sentyabrın 19-da Münhendə “Mate 30” seriyalı smartfonlar və “Watch GT2” “ağıllı” saatları ilə birgə nümayiş olunacaq.

 

“Huawei” televizoru 65 düym diaqonallı ekran, irəliyə çıxan kamera və şirkətin smartfonları ilə geniş sinxronlaşdırma imkanları ilə təchiz olunacaq. Bundan əlavə, bu növ qurğular üçün məxsusi hazırlanan “HiSilicon Hi1103” prosessoru sadalanır.

 

Yeni qurğuda proqram platforması rolunu “Android” sisteminin alternativi kimi hazırlanan “HarmonyOS” (Hongmeng) əməliyyat sistemi oynayacaq. O, müxtəlif “Huawei” qurğularında, o cümlədən televizor, “ağıllı” saat və noutbuklarda istifadə ediləcək.

 

İnternet mənbələrinin məlumatına görə, “Huawei” televizoruna əsas texniki xüsusiyyətlər Çin şirkətinə məxsus “Honor” modellərindən köçürüləcək. Bu isə o deməkdir ki, “Huawei” modeli “4K” təsvir ölçülü ekran, “NFC” çipi və dörd və ya altı dinamikdən ibarət müasir audiosistem ilə təchiz ediləcək.

 

Xatırladaq ki, ilk “Honor” televizorları ictimaiyyətə avqustun əvvəlində təqdim edilib. Hazırda onlar yalnız Çin ərazisində satılır. Lakin “Huawei” modelinin Avropada da satışa çıxarılacağı gözlənilir. Bunu televizorun təqdimatının Almaniyada keçirilməsi ilə bağlı qərar sübut edir.

 

Nizam Nuriyev





Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024