12px13px15px17px
Tarix:10/09/19

Budapeştdə keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı davam edir

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "ITU Telecom World 2019" beynəlxalq sərgi-konfransı davam edir.

Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və kommunikasiya texnologiyaları (İKT) nazirlərinin görüşü keçirilib.

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycanda təşkil ediləcək Zirvə Toplantısından öncə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan rəsmiləri İKT sahəsində hazırkı vəziyyəti müzakirə ediblər.

 

Eyni zamanda, İKT-nin müvafiq istiqamətləri üzrə gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

 

Sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

 

Sərgidə ölkəmiz Milli Pavilyonla iştirak edir. Pavilyonda Azərbaycanda İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur.

 

"AzInTelecom" MMC-nin DATA Mərkəzi nəzdində "Azcloud" bulud provayderi tərəfindən sərgidə bir sıra bulud həlləri təqdim olunub. Ziyarətçilərə "proqram təminatı xidmət kimi" modeli ilə "TrendMicro", "Deep Security" təhlükəsizlik həlləri və "VEEAM" nəzdində rezervlənmə xidməti kimi məhsullar haqqında ətraflı məlumat verilib.

 

Sərgidə iştirak edən gənc proqramçılar "AzInTelecom" MMC-nin sosial yönümlü "Azcloud Hackathon" layihəsi haqqında məlumatlandırılıb. Onlar 2020-ci ilin 3-cü rübündə Bakıda keçiriləcək "Azcloud Hachathon 2020" yarışmasına dəvət olunublar.

 

İnnovasiyalar Agentliyi sərgiyə dörd startapla qatılıb. "Virtual cərrahiyyə", "Kuleko", "Wexplain", "Vriendly" startapları Azərbaycanın Milli Pavilyonunda nümayiş etdirilir. Həmçinin bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına da qatılıb.

 

İnnovasiyalar Agentliyi sərgi iştirakçılarını həm də öz fəaliyyəti, qrantlar, mübadilə proqramları, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi, regionlarda aparılan iş, eləcə də uğurlu startaplar və layihələr haqqında ətraflı məlumatlandırır.

 

Sərgidə xarici şirkətlər ilə əməkdaşlıq imkanları, xarici startapların, layihələrin və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkanlar və prosedurlar barədə müzakirələr aparılır.

 

Beynəlxalq sərgidə Məlumat Hesablama Mərkəzi də öz layihələrini ziyarətçilərə təqdim edir. MHM-in stendi sərgi iştirakçıları tərəfindən yüksək maraqla qarşılanır. Stenddə nümayiş etdirilən məhsullar haqqında daha ətraflı məlumat çatdırmaq üçün ziyarətçilərə ingilis dilində kataloqlar da təqdim edilir.

 

Tədbir çərçivəsində ölkəmizin milli telekommunikasiya operatoru olan "Aztelekom"la bir sıra beynəlxalq operatorlar arasında əməkdaşlıq barədə fikir mübadiləsi keçirilir. Eyni zamanda regionlarda yeni texnologiyaların tətbiqi üzrə vendor şirkətləri ilə danışıqlar aparılır, təqdimatlar keçirilir.

 

Ölkəmizin Milli Pavilyonunda "Azercell" şirkəti də stendlə təmsil olunub. "Azercell" sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, "4G" şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də biznes qurumları və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanış edir.

 

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir "Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq" şüarı altında keçirilir. "ITU Telecom World 2019" beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

 

 

 

 

 

 

 





Baxış sayı: 139

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2019

12/12/19
Çində milli rəqəmli valyutanın sınaqları keçiriləcək

Çin Xalq Bankı ilin sonunadək elektron ödənişlər üçün “DCEP” adlı milli rəqəmli valyutanın sınaqlarını

12/12/19
Bu antivirus istifadəçiləri izləyir

Pulsuz “Avast” antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış. Bu haqda

12/12/19
İnsan gücünü 20 dəfə artıran ekzoskelet yaradılıb (VİDEO)

ABŞ-ın “Sarcos Robotics” şirkəti insana çəkisi 90 kiloqrama bərabər yükü qaldıran zaman 4,5 kiloqramlıq

12/12/19
“Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək

“Samsung” şirkəti yeni “Galaxy S11” modellərində öz istehsalı olan “Exynos” prosessorlarından

12/12/19
Yeni texnologiya istənilən şəxsə təyyarəni endirməyə imkan verəcək

ABŞ-ın “Garmin” naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texno

12/12/19
“iPhone” son onilliyin ən möhtəşəm cihazı adlandırılıb

“The Verge” nəşri son illiyin 100 əsas qurğusundan ibarət reytinq tərtib edib. “iPhone 4” son onilliyin

12/12/19
Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb

“Apple” şirkəti dekabrın 10-da iyunda təqdim edilən və peşəkarlar üçün nəzərdə tutulan “Mac Pro

12/12/19
“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

10 dekabr 2019-cu il tarixində “Microsoft” rəsmən “Windows 10 Mobile” sisteminin dəstəyini dayandırıb.

12/12/19
“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

“Apple” şirkəti tərəfindən təqdim edilmiş “iOS 13.3” versiyasında fiziki təhlükəsizlik açarlarının

11 12 2019

11/12/19
“Azərpoçt” MMC mükafatlandırılıb

“MasterCard” beynəlxalq ödəniş sisteminin təşəbbüsü ilə “Nağdsiz Azərbaycana doğru” şüarı altında 

11/12/19
Finlandiya avropalılara süni intellektin əsaslarını öyrədəcək

Finlandiya Avropa İttifaqı ölkələrinin bütün rəsmi dillərinə tərcümə ediləcək onlayn kurs vasitəsilə Avro

11/12/19
Demək olar ki çərçivəsiz “Redmi 13” noutbuku təqdim edilib

“Redmi” şirkəti dörd bir tərəfdən minimal çərçivəyə malik yeni “RedmiBook 13” noutbukunu təqdim edib.

11/12/19
Bu ölkə elektrik avtomobillərinin satış həcminə görə Avropada liderdir

Almaniya elektrik avtomobillərinin satış həcminə görə bir neçə il birinci pillədə qərarlaşmış Norveçi ger

11/12/19
“Microsoft” korporasiyası “Windows 7” istifadəçilərinin vəziyyətini çətinləşdirəcək

“Windows 7” əməliyyat sistemi 2009-cu ildə təqdim edilib, amma “Microsoft” korporasiyasının yeni “Windows

11/12/19
“Facebook” hüquq-mühafizə orqanlarının şifrlənmiş məlumatlardan istifadəsinə icazə verməyib

“Facebook” sosial şəbəkəsi hüquq-mühafizə orqanlarına “WhatsApp” və “Facebook Messenger”

11/12/19
"Kasperski laboratoriyası" öz smartfonunu təqdim edəcək

"Kasperski laboratoriyası" təhlükəsiz smartfon istehsalını planlaşdırır. Qurğu korporativ sektor üçün nəz

11/12/19
“SLS” raketdaşıyıcısının mərkəzi blokunun yığılması tamamlanıb

ABŞ Kosmik Agentliyi (NASA) Aya və Marsa uçuşlar proqramları üçün istifadə ediləcək “SLS”

11/12/19
“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə “CES” sərgisində iştirak edəcək

“Apple” şirkəti 1992-ci ildən sonra ilk dəfə hər il Las-Veqasda keçirilən və aparıcı istehlak elektronika