12px13px15px17px
Tarix:11/09/19

“Apple” korporasiyası yeni “iPhone” smartfonlarını təqdim edib

“Apple” korporasiyası öz yeni smartfonlarını – “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max”ı təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “iPhone 11” super geniş bucaqlı obyektivə malik ikiqat kamera ilə təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 12 meqapikseldir. Bundan başqa, “iPhone 11” cihazında reallaşdırılmış gecə çəkilişi rejimi təxminən “Pixel 3” və başqa smartfonlarda olduğu kimi işləyir. Ön kamera 4K dəstəkli 12 meqapiksellik təsvir ölçüsünə malikdir. Aparat, həmçinin geniş bucaqlı şəkillər çəkə bilir: rejimlərin dəyişdirilməsi üçün sadəcə smartfonu çevirmək lazımdır. Smartfon “iPhone Xr” istehsal xəttinin davamçısıdır və eyni ölçülərə malikdir. Korpus əvvəlki kimi alüminiumdan hazırlanıb və 6,1 düymlük IPS displeyin təsvir ölçüsü 1792x828 pikseldir.

 

“iPhone 11 Pro” və “iPhone 11 Pro Max” aparatları görünüşcə əvvəlki nəsil qurğulardan (“iPhone Xs” və “Xs Max”) fərqlənmirlər: aparatlar ön kameranın altında kəsik olan 5,8 və 6,5 düymlük diaqonallı displeylə təchiz edilib. Korpus, həmçinin şüşə və poladdan hazırlanıb.

 

Hər üç qurğu yeni “Apple 13 Bionis” prosessoru ilə təchiz edilib. ABŞ korporasiyası onu dünyada ən sürətli çip adlandırıb.

 

Minimal konfiqurasiyalı “iPhone 11” aparatının dəyəri 699 dollar təşkil edir. “iPhone 11 Pro” smartfonunun dəyəri 999 dollar, “Pro Max” isə 1099 dollar təşkil edir.

 

Həmçinin nümayiş etdirilmiş “Watch Series 5” saatlarının displeyi həmişə yanılı qala bilər, korpusun materialı kimi titan seçilib. Bu saatın sahibləri dünyanın 150 ölkəsində birbaşa qurğudan xilasetmə xidmətinə zəng edə bilərlər.

 

Yeni qurğular sentyabrın 20-də satışa çıxarılacaq.

 

Emil Hüseynov





Baxış sayı: 150

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Oktyabr 2019

18 10 2019

18/10/19
“İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibləri müəyyən olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi,

18/10/19
Dünyada ən kiçik əl printeri təqdim edilib

“PrinCube” adlı əl printerinin çəkisi 110 qr-dır. Ənənəvi printerlərdən fərqli olaraq bu cihazla nəyisə ç

18/10/19
Dünyada “5G” şəbəkəsinin sürətli tətbiqi proqnozlaşdırılır

“CCS Insight” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaxın illərdə sürətli tətbiqini proqnoz

18/10/19
İnformasiya təhlükəsizliyi bazarında 9,4 faiz illik artım gözlənilir

İnformasiya təhlükəsizliyi üçün dünya həllər bazarının həcmi artır və yaxın illərdə artım nümayiş etdirmə

18/10/19
“Samsung” smartfonlarının barmaq izi müdafiəsi faydasız olub

“Samsung” şirkəti istənilən şəxsin “Galaxy S10” smartfonunun mühafizə sisteminə müdaxilə etməsinə imkan v

18/10/19
“Mozilla Firefox” ən təhlükəsiz brauzer seçilib

Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi (Bundesamt für Sicherheit in der Informations

18/10/19
Süni intellektli “Google Clips” kamerasının satışı dayandırılıb

“Google” şirkəti süni intellektə malik daşınan “Clips” kamerasının satışını və rəsmi dəstəyini dayandırıb.

18/10/19
“iPhone” smartfonlarının 50%-i “iOS 13” sisteminin idarəetməsi altında işləyir

“iOS 13” əməliyyat sisteminin təqdim edilməsindən bir ay sonra bu platforma “Apple” smartfonlarının 50%-n

18/10/19
2025-ci ildə kommersiya tipli dron bazarının həcmi 13,7 milyard dollara yaxınlaşacaq

Mütəxəssislər yaxın bir neçə ildə kommersiya tipli pilotsuz təyyarələr bazarının çox sürətli