12px13px15px17px
Tarix:18/11/11

“Microsoft” sensor dəstəkli planşet masanı satır (VİDEO)

“Microsoft” və “Samsung” şirkətləri “Surface SUR40” adlı sensor dəstəkli "işçi masa"sını satışa çıxarıb. Təxminən 1 il əvvəl təqdim edilmiş qurğunu 23 ölkədə 8400 dollara sifariş etmək olar.

Qurğuda “PixelSense” texnologiyası reallaşdırılıb. Bu texnologiya eyni anda 50 nöqtəyə olan toxunmaları müəyyən etməyə imkan yaradır. Masadan eyni anda bir neçə şəxs istifadə edə bilər. İnterfeysi barmaqlar və ya istənilən digər obyektlər vasitəsi ilə idarə etmək olar.

“Microsoft Surface” 2 milyon tənzimçi ilə təchiz edildiyindən barmaqların vəziyyətini yüksək dəqiqliklə təyin edir. Qurğu “Windows 7” əməliyyat sistemi ilə işləyir, “Athlon II X2 AMD” prosessoru və “AMD Radeon HD 6750M” videokartı ilə təchiz edilib.

“Microsoft Surface” ilk növbədə biznes-istifadəçilər, təhsil müəssisələri, xəstəxanalar və s. üçün nəzərdə tutulub.





Baxış sayı: 1198

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024