12px13px15px17px
Tarix:12/09/19

2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 400 milyondan az olacaq

Yaxın 5 ildə qlobal fərdi kompüter qurğuları bazarında mənfi dinamika saxlanılacaq. "IDC" tədqiqat şirkətinin yenilənmiş qiymətləndirməsinə görə, 2019-dan 2023-cü ilədək ənənəvi fərdi kompüter və planşetlərin tədarükü orta hesabla 2,4% azalacaq. Eyni zamanda proqnoza görə hibrid qurğuların tədarükü 5% yüksələcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, 2019-cu ildə fərdi kompüter qurğularının tədarükü 402,2 milyon səviyyəsində gözlənilir və gələn il bu göstəricinin 400 milyondan az olacağı gözlənilir. Proqnoz doğru olduğu halda belə zəif göstərici 2010-cu ildən bəri ilk dəfə qeydə alınacaq.

 

Ən böyük azalma (orta hesabla 10,1%) noutbuk və mobil işçi stansiyalar kateqoriyasında gözlənilir. 2019-cu ildə bu qurğuların tədarükü 73 milyona yaxınlaşacağı halda, 2023-cü ilin sonuna bu göstərici 47,7 milyon təşkil edəcək. "IDC" analitik şirkəti hesab edir ki, 2023-cü ildə ənənəvi noutbuklar və mobil işçi stansiyaların bazar payı 13% olacaq.

 

Planşet kateqoriyasında, həmçinin azalma proqnozlaşdırılır. Ənənəvi planşetlərin tədarükü 116-dan 93,8 milyonadək azalacaq və fərdi kompüter qurğuları bazarında onların payı 28,8%-dən 25,6%-dək azalacaq.

 

Emil Hüseynov





Baxış sayı: 160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2020

19 02 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric