12px13px15px17px
Tarix:12/09/19

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görüldü

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransı bu gün başa çatıb.

 

Tədbirin sonunda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasındakı əlaqələrin 10 illiyi münasibəti ilə nazirliyə sertifikat təqdim olunub. Sertifikatda BTİ ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.

 

100-dən artıq ölkədən 5000-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə BTİ tərəfindən gümüş medalla mükafatlandırılıb.

 

"ITU Telecom World 2019" beynəlxalq sərgi-konfransında ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunub.

 

Sərginin təşkili və Milli Pavilyonun qurulmasındakı xidmətlərinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsi də sertifikata layiq görülüb.

 

Gələn il "ITU Telecom World 2020" beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

 

 

 





Baxış sayı: 475

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Yanvar 2020

28 01 2020

28/01/20
“Windows 7” əməliyyat sistemi üçün yeniləmə paketi çıxarılıb

“Microsoft” korporasiyası “Windows 7” sistemi üçün yeniləmə paketi çıxarıb.

28/01/20
“Windows 10” sistemində smartfon üzərindən zənglər hamı üçün əlçatandır

“Windows” sistemində reallaşdırılmış yeni funksiya kompüter üzərindən mobil zəng etməyə imkan verir.

28/01/20
Hindistan dünyada ikinci ən böyük smartfon bazarı olub

“Counterpoint Technology Market Research” analitiklərinin məlumatına görə, Hindistan ilk dəfə ilin yekunu

28/01/20
Daşınan elektronika üçün elastik akkumulyator hazırlanıb

Bu gün cihazlar üçün istifadə edilən litium-ion akkumulyatorları bərkdir və ölçüsü

28/01/20
Dünyanın ən böyük ikimotorlu sərnişin təyyarəsi ilk uçuşunu edib (VİDEO)

İkimotorlu hava gəmiləri arasında dünyanın ən böyük “Boeing 777-9X” sərnişin təyyarəsi yanvarın 25-də 4 s

28/01/20
Rusiya və yapon alimləri qrafendən əbədi SSD daşıyıcılar hazırlayıblar

Rusiyanın "MİSiS" Milli Elmi Tədqiqat Texnologiya Universiteti və Yaponiyanın Milli Kvant Elmləri və Radi

28/01/20
Bu il dünyada rouminq abunəçilərinin sayı 900 milyona çatacaq

“Juniper Research” tədqiqat şirkəti 2020-ci ildə dünyada rouminq xidmətlərindən istifadə edən mobil rabit

28/01/20
“Sharp” şirkəti “OLED” televizorlar bazarına daxil olur

“Sharp” şirkəti üzvi işıq diodlu (OLED) ekranlarla təchiz edilən televizorlar bazarına daxil olacaq. Yapo

28/01/20
Saxta “AirPods” qulaqcıqlarının təhlükəsi məlum olub

Ekspertlər saxta “Apple” qulaqcıqlarının təhlükəli olmasını açıqlayıblar. Tədqiqat Fransanın “60 million