12px13px15px17px
Tarix:18/11/11

48 faiz istifadəçi “Facebook” şəbəkəsindən iş axtarmaq üçün istifadə edir

“Facebook” sosial şəbəkəsi, hər şeydən əvvəl yeni iş yerinin axtarışı üçün vasitə kimi də istifadə oluna bilər. Bu barədə “Jobvite” işədüzəltmə şirkəti tərəfindən keçirilmiş tədqiqat zamanı toplanmış statistikada qeyd edilib.

Dərc edilmiş hesabatda bildirilib ki, dünyanın ən böyük sosial şəbəkəsindən yeni iş yerinin axtarışı üçün istifadə edən insanların sayı hər il artır.

“Jobvite” işədüzəltmə şirkəti tərəfindən təqdim edilmiş məlumatlara əsasən, hələ keçən il ABŞ-da yaşayan 7,7 milyon insan “Facebook” şəbəkəsi vasitəsi ilə yeni iş yeri axtarıb. Bu il onların sayı 3 dəfə artaraq artıq 22 milyon təşkil edib. “Jobvite” işə qəbul şirkəti tərəfindən keçirilmiş sorğuda 18 yaşından yuxarı 2049 insan iştirak edib.



Baxış sayı: 1566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024