12px13px15px17px
Tarix:18/11/11

“Google+” şəbəkəsinin istifadəçiləri durmadan artır

“Experian Hitwise” şirkətinin məlumatlarına əsasən, “Google+” sosial şəbəkəsi cari ilin iyun ayında istifadəyə verildiyi andan bəri pik trafik göstəricisinə nail olub.

Monitorinq məlumatına əsasən, keçən həftə bu sosial şəbəkədən yalnız ABŞ-da 6,8 milyon şəxs istifadə edib. Bu göstərici noyabr ayının əvvəlindən 5% və oktyabr ayının əvvəlindən isə 25% çoxdur.

"Bu məlumatlar bizə “Google+” şəbəkəsinin populyarlaşmağa başladığından xəbər verir" – “ZK Research”-ın baş analitiki Zeus Kerravala bildirib. “Google”-dan bildiriblər ki, hal-hazırda onun şəbəkəsindən təxminən 40 milyon insan istifadə edir.



Baxış sayı: 1116

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024