12px13px15px17px
Tarix:18/09/19

Çində vena damarlarının şəklinə görə insanın məsafədən tanınması sistemi hazırlanıb

Çinli mütəxəssislər vena damarlarının unikal şəklinə görə insanların məsafədən tanınması texnologiyasını hazırlayıblar. Onlar hesab edirlər ki, yeni texnologiya gələcəkdə QR kod və sifətə görə eyniləşdirməni əvəz edə biləcək. Bu haqda "Zhongguo Xinwenwang" nəşri məlumat yayıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "nauka.tass.ru" saytına istinadən yazır ki, "AirWave" adlandırılmış texnologiyanın işi süni intellektə əsaslanır. Süni intellekt böyük vena damarları və kapillyarların yerləşməsini ayırd etməyə imkan verir. İdentifikasiya üçün istifadəçi yalnız əlini yelləməlidir.
 
İstehsalçının sözlərinə görə, onların texnologiyası Çinin cənubunda yerləşən Quandun əyalətindəki bəzi kafe və hökumət idarələrinin ayrı-ayrı ictimai zonalarında tətbiq olunur. İndi şirkət "AirWave" texnologiyasının metroda tətbiqi üçün Quancjou metropoliteninin operatoru ilə danışıqlar aparır.
 
Şirkətin direktoru hesab edir ki, belə texnologiyalar gələcəkdə nağd ödənişlər, bank kartları və QR-kodları əvəz edə biləcək və maliyyə, ictimai nəqliyyat və ictimai təhlükəsizlik kimi sahələrdə geniş tətbiq ediləcək.
 
Emil Hüseynov



Baxış sayı: 1019

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024