12px13px15px17px
Tarix:19/11/11

Azərbaycanın mobil rabitə operatorları 4G şəbəkəsinin işə salınması üzrə təkliflər hazırlayır

Azərbaycanın mobil rabitə operatorları dördüncü nəsil (4G) şəbəkəsinin işə salınması üzrə təkliflər hazırlayırlar. Bu barədə "Azercell" şirkətinin 3G şəbəkəsinin işə salınmasının təqdimatında Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib.

İ.Məmmədovun sözlərinə görə, bu barədə qərar nazirliyin noyabrın əvvəlində keçirilən sonuncu kollegiya iclasında qəbul edilib.

"Mobil rabitə operatorları və digər müvafiq strukturlar lazımi təklif hazırlayacaqlar. Güman edirəm, onlar qısa müddət ərzində qiymətləndiriləcək ki, bu da onların tezliklə tətbiqinə kömək edəcək. Bütün bu yeniliklər operatorlar tərəfindən göstərilən xidmətlərin sayının artırılmasına kömək edir", - nazir müavini deyib.

Onun sözlərinə görə, hazırda ölkədə "Elektron Azərbaycan" dövlət proqramı həyata keçirilir və mövcud müasir telekommunikasiya infrastrukturları vətəndaşlar üçün elektron xidmətlərə çıxış əldə etmək və elektron imzadan hər yerdə istifadə imkanı yaradacaq.

Nazir müavini Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində üçüncü nəsil şəbəkəsinin mövcudluğunun xüsusi vacibliyini qeyd edib. "Nazirlik belə yeniliklərin tətbiqində şirkətlərə hər cür dəstək verməyə hazırdır.

Azərbaycanda bütün operatorlar tərəfindən 3G xidmətinin göstərilməsi internet-istifadəçilərin sayının təkcə paytaxtda deyil, həmçinin, respublikanın çətin gedilə bilən yaşayış məntəqələrində xeyli artmasına imkan verəcək", - Məmmədov deyib.



Baxış sayı: 1114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024