12px13px15px17px
Tarix:23/09/19

“Google” şirkəti ən güclü kompüter yaradıb

ABŞ-ın “Google” şirkəti hesablamaların sürətli aparılmasına görə ən güclü superkompüter hesab edilən “IBM” korporasiyasına məxsus “Summit” superkompüterini üstələyən dünyanın ən güclü kvant kompüterini yaradıb.   
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, “IBM” qurğusu bir hesablamanın yerinə yetirilməsi üçün 10 min il tələb etdiyi halda “Google” kompüteri bunu 200 saniyə ərzində edib. Lakin “Google” kvant kompüteri hazırda yalnız bir texniki hesablama apara bilir. Şirkət nümayəndələrinin sözlərinə görə, qurğu praktiki tapşırıqların icrasına bir neçə ildən sonra hazır olacaq.
 
“Google” tərtibatçıları kompüteri tammiqyaslı kvant hesablama prosesi yolunda mühüm dövr adlandırıblar. Onların proqnozuna görə, kvant kompüterlərinin gücünün artırılması “Mur” qanununda yer alan ədədi silsilə göstəricilərini dəfələrlə üstələyəcək.  
Məlumata görə, 2017-ci ilin noyabrında “IBM” şirkətinin kvant kompüterlər bölməsinin rəhbəri Dari Qil bildirib ki, tərtibatçılar tərəfindən 50 kubit (kvant biti) gücündə işlək hesablayıcı maşının prototipi yaradılıb.
 
Qeyd edək ki, kvant kompüter iş prinsipi adi kompüterlərdən fərqlənən və kvant mexanikası əsasında işləyən hesablayıcı qurğudur. Kvant kompüter ənənəvi bitlərin əvəzinə kubitlərdən istifadə edir.
 
Kvant kompüterin praktiki tətbiqi hələ ki sübut edilməyib. Hesab edilir ki, kvant kompüter tranzistorların daim azalması şəraitində texnologiyaların inkişafı üçün fiziki maneələri aradan qaldıra bilər.
 
Kubitlər və ya kvant bitlər informasiyanın kvant kompüterdə saxlanılması elementləridir. Kvant mexanikasının qanunları onlara ikili vəziyyətdə olmağa imkan verir ki, bunun da sayəsində kompüter paralel hesablamalar apara bilir. Lakin kubitlər temperatur və maqnit sahəsi dəyişikliklərinə qarşı çox həssas olur.  
 
Nizam Nuriyev




Baxış sayı: 437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Sentyabr 2020

23 09 2020

23/09/20
“Google Pixel 5” smartfonunun xüsusiyyətləri təqdimatdan öncə məlum olub

“Google”un yeni qabaqcıl smartfonu haqqında ətraflı məlumatlar onun rəsmi təqdimatından bir həftə öncə in

23/09/20
“Airbus” hidrogen sərnişin təyyarələrinin yaradılması üzrə layihə təqdim edib (VİDEO)

Avropanın “Airbus” konserni “ZEROe” layihəsi çərçivəsində sıfır tullantılı hidrogen mühərrikli sərniş

23/09/20
“Nokia” şirkəti 4 kameralı “5G” smartfonunu təqdim edib

“Nokia” şirkəti “Nokia 8.3 5G” adlı smartfonunu təqdim edib. Adından məlum olduğu kimi, qurğu beşinci nəs

23/09/20
Yeni “iPhone” smartfonlarının adı açıqlanıb

Aktual “Apple” seriyalı smartfonun əsas versiyası “iPhone 12 mini” adlanacaq. Bu barədə “MacRumors

23/09/20
“Qualcomm” şirkəti smartfonlar üçün səs azaldıcı xüsusiyyətə malik “Snapdragon 750G” çipini nümayiş etdirib

“Qualcomm” şirkəti orta qiymət diapazonuna malik smartfonlar üçün yeni çipsetini nümayiş

23/09/20
Koronavirusu insan üçün təhlükəsiz məhv edən ultrabənövşəyi lampa buraxılıb

Yaponiyanın nəhəng “Ushio Inc.” şəbəkə avadanlığı istehsalçısı koronavirusu insan sağlamlığına ziyan vurm

23/09/20
“Nokia 3.4” və “Nokia 2.4” smartfonları təqdim edilib

Onlayn təqdimat çərçivəsində yeni “Nokia” smartfonları təqdim edilib. Böyükölçülü ekran və t

23/09/20
Kompüterləri zəiflədən “Windows” yeniləməsi ləğv olunub

“Microsoft” korporasiyası kompüterlərin zəifləməsinə səbəb olan problemli “Windows 10” əməliyyat sistemi