12px13px15px17px
Tarix:23/09/19

Ən təhlükəli parollar açıqlanıb

Almaniyanın “Avira” antivirus şirkətinin tərtibatçıları “ağıllı” qurğu və şəbəkə qurğularından istifadə zamanı ən təhlükəli parolları müəyyənləşdiriblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti www.ria.ru” resursuna istinadən yazır ki, eksperiment üçün mütəxəssislər tərəfindən hakerlərə  şəbəkə qurğularının (marşrutlayıcı, kamera və ya digər qurğular) siqnalını imitasiya edən “tələ” qurulub. Hakerlər istənilən login və parol birləşməsini daxil etməklə onlara daxil olmağa çalışıblar. Bundan sonra şirkət hansı parol birləşmələrinin daha çox istifadə edilməsinin təhlilini aparıb. Eksperimentdə ümumilikdə 14 mindən çox insan iştirak edib.
 
Məlum olub ki, seçim üzrə 25,6 faiz halda hakerlər login və parol yerlərini boş qoyublar. İstehsal zamanı quraşdırılan növbəti ən populyar kombinasiyalar “admin/QWestM0dem” və “admin/airlive” (24 faiz) olub. Üçüncü yerdə (23,4 faiz) standart “admin/admin”, “support/support” və “root/root” birləşmələri qərarlaşıb.
 
Şirkət nümayəndələrinin fikrincə, təhlükəli parollarla bağlı problemlər əsasən standart kombinasiyaları dəyişmək istəməyən istifadəçilərlə deyil, qurğu istehsalçıları ilə əlaqədardır. Belə ki, bəzən sadə insanlar haker hücumlarının törətdiyi təhlükə barədə düşünmürlər.
 
Nizam Nuriyev




Baxış sayı: 327

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2021

21/01/21
“6G” texnologiyasının üstünlükləri bəlli olub

“5G” texnologiyası hələ geniş yayılmayıb, amma mütəxəssislər artıq “6G” texnologiyasını müzakirə edirlər. 

21/01/21
“Google” servisli ilk “Honor” smartfonu məlum olub

“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq. Bu barədə “Mobiltelefon”

21/01/21
Yeni “Snapdragon 870” mobil prosessoru təqdim edilib

“Qualcomm” şirkəti bahalı smartfonlar üçün “Snapdragon 870” adlı yeni mobil prosessorunu təqdim edib. İ

21/01/21
“Microsoft” avtonom avtomobillər istehsalçısına 2 milyard dollar yatırıb

“Microsoft” korporasiyası ABŞ-ın “General Motors” konserninin avtonom avtomobillərin istehsalı ilə məşğul

21/01/21
Bu il kibertəhlükəsizlik sahəsində xərclər artmaqda davam edəcək

“Canalys” şirkəti 2021-ci ildə kibertəhlükəsizlik vasitələri bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

21/01/21
“Honor Smart Screen X1” televizoru buraxılıb

Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1”

20 01 2021