12px13px15px17px
Tarix:23/09/19

Hindistan ölkə ərazisində sifət tanıma sistemini işə salmağı planlaşdırır

Hindistan hökuməti dünyada ən böyük sifət tanıma sistemini hazırlamağı planlaşdırır. Hakimiyyət bu addımı ölkədə polis əməkdaşlarının sayının çox az olması və onların təhlükəsizliyin təmin edilməsinin öhdəsindən gəlməməsi ilə izah edir. Bu ideyanın rəqibləri hesab edirlər ki, məlumatların məxfiliyi haqqında qanun qəbul olunmadan belə sistemin tətbiqi təhlükəlidir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, hökumət gələn ay ölkə ərazisində müşahidə kameralarının köməyi ilə mərkəzləşdirilmiş sifət tanıma sisteminin yaradılması üçün tender elan edəcək. Sistem hindistanlı polislərə cinayətkarları və itkin düşmüş şəxsləri müəyyənləşdirməkdə kömək etmək üçün böyük tutumlu informasiyadan ibarət (şəxsiyyət vəsiqəsi, barmaq izi və sairə) məlumat bazası ilə əlaqəli işləyəcək.
 
Hökumətin məlumatına görə, bu addım polislərə kömək etmək üçün nəzərdə tutulub: 724 vətəndaşa bir polis əməkdaşı düşür ki, bu da dünya standartlarından xeyli aşağıdır. Həmçinin “TechSci Research” şirkətinin qiymətləndirməsinə görə, Hindistanın sifət tanıma bazarının həcmi 6 dəfə (4,3 milyard ABŞ dolları) artacaq ki, bu da Çinin eyni bazarı ilə müqayisədə 6 dəfə yüksək göstəricidir.
 
Emil Hüseynov



Baxış sayı: 861

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024