12px13px15px17px
Tarix:23/09/19

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil olunub

ABŞ-ın Nyu-York şəhərində BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclası keçirilib.

İclasda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, nazirin birinci müavini Əli Abdullayev və nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov təmsil edib.

Görüşdə dünyada dördüncü sənaye inqilabı, genişzolaqlı internet üzrə bağlantının təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində tənzimləmə mexanizmlərinin araşdırılması, inkişaf etməkdə olan ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişafı məsələləri müzakirə olunub.

Eyni zamanda, iclas zamanı 2030 – Dayanıqlı İnkişafa dair Gündəliyin yeni məqsədlərinin qəbul edilməsi müzakirə predmeti olub.

Qeyd edək ki, komissiyanın iclası ənənəvi olaraq BMT-nin Baş Assambleyasından bir gün öncə Nyu-Yorkda “Yale Klubu”nda baş tutur.
 




Baxış sayı: 1059

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024