12px13px15px17px
Tarix:24/09/19

“Windows 7” sisteminin pulsuz dəstəklənmə müddəti uzadılıb

“Microsoft” korporasiyası səsvermə üçün istifadə edilən kompüterlərə quraşdırılan “Windows 7” əməliyyat sisteminin pulsuz dəstəklənmə müddətini uzadıb. Korporasiya belə kompüterlərin yeni platformaya tez keçirilməsinin mümkün olmadığını etiraf edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, 14 yanvar 2020-ci ildə “Windows 7” sisteminin pulsuz dəstəklənmə müddəti başa çatacaq və “Microsoft” istifadəçilərə hazırda 900 milyondan çox qurğuda quraşdırılan yeni “Windows 10” sisteminə keçidin vacibliyini xatırlatmaqda davam edir.
 
Lakin korporasiya tərəfindən “Windows 7 – ESU” (Extended Security Updates – genişləndirilmiş təhlükəsizlik yeniləmələri) sisteminin uzadılmış dəstəyi təklif ediləcək. O, pullu olacaq və çoxlu kompüter avadanlığına malik şirkətlərə baha başa gələcək.
 
“Microsoft” 2020-ci ilin noyabrında ABŞ prezidenti seçkiləri zamanı cəlb ediləcək kompüterlərə quraşdırılan “Windows 7” sisteminin pulsuz dəstəklənmə müddətini uzadıb. Bu, digər ölkələrin avadanlıqlarına da şamil ediləcək.  
 
Seçki sistemləri üçün edilmiş istisna təhlükəsizliklə əlaqələndirilir. Seçkilər zamanı bu qurğuların kiberhücumlara məruz qala bilməsinə görə onların əməliyyat sisteminin təhlükəsizlik yeniləmələri vaxtında edilməlidir.
 
Nizam Nuriyev




Baxış sayı: 200

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2020

21/01/20
Artırılmış reallığa malik ilk linzalar təqdim edilib

“Mojo Vision” startapı artırılmış reallığa malik ilk linzaları təqdim edib. Mühəndislər qeyd ediblər ki,

21/01/20
“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb

“Google Play” internet mağazasında “WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb.

21/01/20
“Internet Explorer” brauzeri istifadə üçün təhlükəlidir

Çinin “Qihoo 360” təhlükəsizlik üzrə tədqiqat qrupu “Internet Explorer” brauzerində yaddaşın email mexa

21/01/20
“Amazon” əlin içi ilə ödəniş etməyə imkan verəcək

“Amazon” şirkəti bir toxunuşla edilən ödənişləri yeni səviyyəyə qaldırmaq istəyir.

21/01/20
“Samsung” şirkətinin smartfon bölməsinin rəhbəri dəyişib

“Samsung” şirkətində smartfonlar, daşınan elektronika və servislər daxil olmaqla mobil biznesin inkişafın

21/01/20
Ən ucuz “Nokia” smartfonunun texniki xüsusiyyətləri məlum olub

İnternetdə “Nokia” şirkətinin buraxacağı ən ucuz smartfonun texniki xüsusiyyətləri dərc edilib. 

21/01/20
“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub

“Apple” şirkəti mobil əməliyyat sistemində geolokasiya funksiyasını tam söndürməyə imkan yaradıb. Müvafiq

20 01 2020