12px13px15px17px
Tarix:24/09/19

İlk yanacaq dolduran dronun sınaqları keçirilib

“Boeing” şirkəti “MQ-25 Stingray” adlı yanacaq dolduran pilotsuz uçan aparat texnologiyasını nümayiş etdirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.ru” resursuna istinadən yazır ki, iki saat davam edən ilk uçuş İllinoys ştatının Sent-Luis şəhərinin hava məkanında keçirilib. Avtonom sükan döndərmə sınaqlarından sonra yanacaq dolduran dron havaya qalxaraq əvvəlcə müəyyənləşdirilmiş marşrut üzrə uçub. Bundan başqa, testlərin məqsədi “Boeing” yanacaq dolduran aparatının yerüstü idarəetmə stansiyası ilə rabitə əlaqəsinin iş qabiliyyətini yoxlamaqdan ibarət olub.
 
Məlumata görə, iki saat sonra sınaqlar uğurla başa çatıb. “MQ-25 Stingray” yanacaq dolduran dronu dəniz aviasiyasında istifadə üçün yaradılıb. Sifariş ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən verilib və uğurlu yoxlamalardan sonra ölkə ordusu ümumi dəyəri 13 milyard dollar təşkil edən 72 aparat sifariş etmək niyyətindədir.  
 
Yanacaq dolduran pilotsuz uçan aparat 930 km məsafədə 8 ton yanacaq çatdıracaq ki, bu da 4-6 qırıcını havada yanacaqla doldurmağa imkan verəcək. Bundan əlavə, “Boeing MQ-25 Stingray” dronunun füzelyajına ona kəşfiyyat və informasiya toplanılmasında iştirakda kömək edəcək qurğuların quraşdırılması planlaşdırılır.
 
Nizam Nuriyev




Baxış sayı: 932

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024