12px13px15px17px
Tarix:25/09/19

Dinamik “CVV” kodlu bank kartlarının sınaqları keçirilir

ABŞ-ın "PNC" bankı 2018-ci ilin noyabrından bank kartlarının təhlükəsizlik səviyyəsini artırmağa imkan verəcək unikal texnologiyanın testlərini aparır.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "Belta www.belta.ru" resursuna istinadən yazır ki, dinamik "CVV" ideyası "Visa" tərəfindən dəstəklənib. Üzən kod müştərinin pullarının mühafizəsini artırmağa kömək edəcək. Bank mütəxəssislərinin fikrincə, bank kartı itirilən və ya oğurlanan zaman cinayətkar ondan istifadə edə bilməyəcək: xüsusi alqoritm yeni "CVV" kodunu generasiya edəcək.  
 
Bank kartının arxa tərəfində göstərilən dinamik kodlar ideyasının təşəbbüskarı qismində "Ideamia" şirkəti çıxış edib. Sınaq üçün texnoloji kartlar təsadüfi bank müştərilərinə göndərilib. Sınaqların nəticəsindən "CVV" kodunun dəyişdirilmə müddəti məlum olacaq.
 
Lakin yeni texnologiya bir sıra çatışmazlıqlara malikdir. İlk növbədə bu, kartın işləmə müddətinə aiddir: bank kartına kiçik akkumulyator quraşdırılıb ki, onu da təkrar enerji ilə doldurmaq mümkün deyil. Lakin "Visa" nümayəndələrinin sözlərinə görə, hətta gündəlik istifadə zamanı kartın istismar müddəti 4 il təşkil edir. Digər çatışmazlıq isə kartın qiyməti ilə əlaqədardır: əlavə təhlükəsizlik üçün əlavə ödəniş tələb olunur. ABŞ banklarında adi çipli kartın qiyməti 2-4 dollar olduğu halda dinamik "CVV" kodu ilə təchiz edilən kartın qiyməti 15 dollar təşkil edəcək.
 
Nizam Nuriyev





Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024