12px13px15px17px
Tarix:26/09/19

Operativ yaddaş tutumu məhdud smartfonlar üçün “Android 10” (Go Edition) sistemi təqdim olunub

“Google” şirkəti operativ yaddaş tutumu 1,5 giqabayt təşkil edən ilkin səviyyəli smartfonlar üçün “Android 10” (Go Edition) əməliyyat sistemini təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, proqramların işə salınması zamanı “Android” sisteminin yeni “Go” versiyasının sürəti ötənilki versiya ilə müqayisədə 10 faiz artırılıb. Daha bir yenilik məhdud sistem resurslarına malik ucuz qurğulara məhsuldarlığa ziyan vurmadan məlumatları şifrləməyə imkan verən “Adiantum” texnologiyasından istifadədən ibarətdir.
 
Ucuz qurğular üçün standart əlavələr dəstinə “Gallery Go” (Google Photos komandasının yaratdığı son yeniliklərdən biri) əlavə olunub. Mobil proqram təsvirin təsnifatı üçün qurğuda kompüter təlimindən istifadə edərək avtonom rejimdə iş üçün optimallaşdırılıb: məsələn, ev heyvanlarının fotoşəkilləri, portret və “selfi” şəkilləri avtomatik kateqoriyalara görə qruplaşdırılacaq. Öz növbəsində “Google Go” axtarış sistemi internet səhifəsini oxuma funksiyası, eləcə də “Google Lens” servis imkanı ilə diqqəti cəlb edir.
 
“Android 10” (Go Edition) əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk qurğuların payızın sonunda satışa çıxarılacağı gözlənilir. “Google” şirkətinin məlumatına görə, son 18 ayda mobil əməliyyat sisteminin “Go” versiyası ilə təchiz edilən 1600-dən çox model satışa çıxarılıb.
 
Nizam Nuriyev




Baxış sayı: 144

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Oktyabr 2019

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”

15 10 2019

15/10/19
Dünyada ən sürətli enerji doldurma texnologiyasına malik telefon təqdim edilib

Çinin “Realme” şirkəti dünyada ən sürətli enerji doldurma texnologiyasına malik “X2 Pro” qabaqcıl smart

15/10/19
“Sony” xəstələrin həyatını xilas etmək üçün 3D avadanlıq təqdim edib

“Sony” dünyada oyun konsolları, televizorlar və başqa rəqəmli texnika istehsalçısı kimi tanınır, lakin

15/10/19
Rusiyada rəqəmli televiziyaya keçid başa çatıb

Rusiyanın bütün regionlarında analoq efir yayımı rəsmən dayandırılıb. Rəqəmli televiziya üçün

15/10/19
Azərbaycan və Özbəkistan arasında startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə ölkəmizdə səfərdə olan Özbəkistan

15/10/19
EMEA regionunda kompüterlərin tədarükü 3 faiz yüksəlib

EMEA regionunda fərdi kompüterlərə tələbat artır. "Gartner" və "IDC" analitiklərinin məlumatı 

15/10/19
Kosmik lift layihəsi təqdim olunub

Kembric Universitetinin məzunları kosmik lift layihəsini təqdim ediblər.

15/10/19
Süni intellekt beyin fəaliyyətinin pozuntularını aşkarlayacaq

Rusiya və Almaniya neyrofizioloqlar qrupu beyinin elektrik aktivlik siqnallarını analiz edən və onun fəal

15/10/19
“Apple” ucuz “iPhone” təqdim edəcək

“Apple” korporasiyası 2020-ci ilin əvvəlində “iPhone SE 2” smartfonunu təqdim edəcək. Bu haqda tanınmış a