12px13px15px17px
Tarix:26/09/19

240 herslik ekranla təchiz edilən ilk smartfon nümayiş olunub

"Sharp" şirkəti dünyada ilk dəfə 240 herslik yenilənmə tezliyinə malik ekranla təchiz edilən qabaqcıl "Aquos Zero 2" smartfonunu nümayiş etdirib.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA www.4pda.ru" resursuna istinadən yazır ki, yeni qurğu "Full HD+" (2340x1080 piksel) təsvir ölçülü, quraşdırılmış barmaq izi skaneri və smartfonlar üçün rekord hesab edilən 240 herslik yenilənmə tezlikli 6,4 düym diaqonallı "OLED" ekranla təchiz olunub. İstehsalçı nümayəndələri qurğunun istifadəçi barmaqlarının toxunuşuna minimal reaksiya vaxtını təmin edəcək sensor panelinin çağırışa rekord sürətlə cavab verməsini xüsusilə qeyd edirlər.  
 
Operativ yaddaş tutumu 8 giqabayt, quraşdırılmış yaddaşı 256 giqabayt təşkil edən smartfon soyutma sisteminə malik qabaqcıl "Snapdragon 855" mobil platforması əsasında hazırlanıb. Qurğudan istifadə zamanı təhlükəsiz enerji doldurma texnologiyasını dəstəkləyən akkumulyatorun tutumu 3130 milliamper/saat təşkil edir. "Aquos Zero 2" smartfonunun korpusu "IP68" standartı üzrə su və toza qarşı davamlıdır.
 
Optik təsvir stabilləşdiricisi sistemi ilə təchiz edilən əsas kamera 12 meqapikselli (f/1.7, baxış bucağı 78 dərəcə, ekvivalent fokuslama məsafəsi 26 mm, təsvir stabilləşdiricisi) və 20 meqapikselli (f/2.4, baxış bucağı 125 dərəcə, ekvivalent fokuslama məsafəsi 18 mm, təsvir stabilləşdiricisi) iki ötürücü ilə təqdim olunub. Bundan əlavə, şəkillərdə fonun dağınıqlığı, eləcə də süni intellekt funksiyalarının düzəlişi üçün "ProPix2" sistemi dəstəklənir. Ön modul bir 8 meqapikselli sensor və sifətə görə blokdan çıxarılma imkanına malikdir.
 
Modelə, həmçinin kontaktsız ödənişlərin həyata keçirilməsi üçün "NFC" ötürücüsü quraşdırılıb. "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun qabaritləri 158 х 75 х 8,8 mm, çəkisi isə 143 qram təşkil edir.
 
"Sharp Aquos Zero 2" smartfonunun satışa çıxarılma müddəti və qiyməti bir müddət sonra açıqlanacaq.

Nizam Nuriyev





Baxış sayı: 285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Fevral 2020

27 02 2020

27/02/20
“Samsung” məlumatların mühafizəsi üçün yeni çip təqdim edib

Müasir smartfonların qarşısında ciddi təhlükəsizlik tələbləri qoyulur. Bir çox qurğular məxfi informasiy

27/02/20
Dünyada ən çox yüklənən proqram hansıdır?

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri artıq dünyada ən çox yüklənən proqram deyil. “S

27/02/20
“MWC 2020” sərgisinin ən yaxşı smartfonu açıqlanıb

“Mobile World Congress 2020” sərgisinin təşkilatçıları "Ən yaxşı smartfon" nominasiyasında qalibi elan e

27/02/20
“Huawei P40 Lite” smartfonu təqdim edilib

Çinin “Huawei” şirkəti “P40” və “P40 Pro” qabaqcıl smartfonlarının təqdimatından bir ay əvvəl bu istehsal x

27/02/20
Dünyanın ən güclü smartfonunun xüsusiyyətləri açıqlanıb

“Xiaomi Black Shark 3” oyun smartfonu ən sürətli reaksiyaya malik ekranla təchiz ediləcək. Bu barədə Çini

27/02/20
“LG V60 ThinQ 5G” smartfonu təqdim edilib

“MWC 2020” sərgisini buraxmalı olan “LG” şirkəti “LG V60 ThinQ 5G” adlı qabaqcıl smartfonunu Cənubi Ko

27/02/20
“Samsung” smartfonlar üçün rekord tutumlu operativ yaddaşın istehsalına başlayıb

“Samsung” şirkəti 16 giqabayt tutumlu “LPDDR5” yaddaş çiplərinin kütləvi istehsalına başlayıb.

27/02/20
“SpaceX” şirkətinə Marsa uçacaq kosmik gəminin hazırlanması üçün obyektin inşasına icazə verilib

“SpaceX” özəl aerokosmik şirkətinə “Starship” planetlərarası kosmik gəmisinin yaradılması üzrə layihənin

27/02/20
“Nokia” növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxacaq

“Nokia” şirkəti növbəti əfsanəvi telefonun yenilənmiş versiyasını buraxmaq niyyətindədir. Bu barədə Finla