12px13px15px17px
Tarix:26/09/19

2019-cu ildə kompüter bazarının həcmi azalacaq

Cari ilin ikinci rübündə fərdi kompüterlərin qlobal tədarük həcminin artmasına baxmayaraq qeyri-aşkar makroiqtisadi problemlər ilin sonuna kimi bazarda qeyri-müəyyən vəziyyət yaradır. Bu haqda “Gartner”in analitikləri deyiblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onların proqnozuna görə, 2019-cu ildə dünyada 256 milyon fərdi kompüter və noutbuk çıxarılacaq ki, bu da ötən illə müqayisədə 1,5% daha azdır.
 
İstehlak sektorunda fərdi kompüterlərə tələbat zəif olaraq qalır. Belə ki, avadanlığın satışının 2019-cu ildə bu sektorda satış həcmi 9,8% azalacaq.
 
İstifadəçilər uzun müddət öz fərdi kompüterlərindən istifadəyə üstünlük verdiklərinə görə 2023-cü ilədək köhnə cihazların əvəzinə satın alınmış yeni qurğuların sayı 10 milyon azalacaq.
 
Korporativ seqmentdə vəziyyət daha yaxşıdır, ancaq “Windows 7” sisteminin dəstəyinin dayandırılması ilə əlaqədar texnikanın yenilənməsi yüksəlişi öz sonuna yaxınlaşır, buna görə 2020-ci ildə biznes üçün kompüterlərin satış həcmi 3,9% azala bilər.
 
Emil Hüseynov



Baxış sayı: 865

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024