12px13px15px17px
Tarix:27/09/19

Səsli mesajlardan istifadə edən spam kampaniyası aşkar edilib

Rusiyanın "Kasperski Laboratoriyası" antivirus proqram təminatı istehsalçısının məlumatına görə, yeni spam kampaniyası çərçivəsində cinayətkarlar yeni səsli mesajlar haqqında bildirişlər bəhanəsi adı altında elektron məktublar göndərirlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, cinayətkarlar aşağıdakı sxem üzrə işləyirlər: istifadəçi korporativ poçtla ona göndərilən məktubda səsli mesajın göndərilmə vaxtını, onun davametmə müddətini, həmçinin "Just checking to remind you in regards to our..." şəklində yarımçıq cümlədən ibarət ön baxış görür.
 
Səsli mesajı dinləmək üçün istifadəçiyə “fişinq link”ə (“Microsoft”un populyar xidmətlərindən birinin avtorizasiya səhifəsini təqlid edən sayta) keçmək təklif edilir. İstifadəçi öz məlumatlarını daxil edib "sistemə daxil olmaq" düyməsinə sıxdıqda məlumatlar fırıldaqçı resursa göndərilir, baş verənləri həqiqi kimi qələmə vermək üçün istifadəçi özü biznes üçün səsli mesajlar xidmətini təsvir edən sayta yönləndirilir.
 
Emil Hüseynov



Baxış sayı: 518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024