12px13px15px17px
Tarix:30/09/19

İlin ən yaxşı smartfonu məlum olub

“OnePlus 7T” 2019-cu ilin ən yaxşı smartfonu seçilib. Bu barədə “Business Insider” nəşrinin dərc etdiyi reytinqdə deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, məlumata görə, “OnePlus 7T” modeli gözəl dizayn, əla kamera və yaxşı avtonomluğa malikdir.
 
İkinci yeri “Apple” şirkətinin “iPhone 11” modeli tutub. Smartfon 6,1 düymlük cəlbedici ekran, güclü prosessor və məhsuldar kamera ilə təchiz edilib.
 
Siyahıya görə, üçüncü pillədə “OnePlus” şirkətinin daha bir modeli – “7 Pro” qərarlaşıb. Bu smartfon barmaq izi və sifətin tanınması skanerlərinin sürətli işləməsi ilə seçilir.
 
Reytinq qurğuların qiymət nisbəti və funksionallığı nəzərə alınmaqla tərtib olunub.
 
Bundan başqa, ilin ən yaxşı smartfonları onluğuna “Google” şirkətinin iki qurğusu – “Pixel 3a” və “Pixel 3a XL”, eləcə də “OnePlus 6T”, “Samsung Galaxy S10e”, “iPhone XR”, “Samsung Galaxy Note 10 Plus”, “Samsung Galaxy S10” və “Galaxy S10 Plus”, “iPhone 11 Pro” və “iPhone 11 Pro Max” modelləri daxil olub.  
 
Nizam Nuriyev




Baxış sayı: 954

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024