12px13px15px17px
Tarix:30/09/19

“Apple” qurğularında yeni tip ekranlardan istifadə ediləcək

Proqnozları özünü doğruldan məşhur analitik Minq-Çi Kuo “Apple” şirkətinin 2020-2021-ci illərdə gələcək “iPad Pro” və “MacBook Pro” qurğularında “Micro LED” tipli matrisalardan istifadəyə keçəcəyini açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Ferra www.ferra.ru” resursuna istinadən yazır ki, analitikin sözlərinə görə, yeni tip ekranlar ölçüsü 200 mikrometr təşkil edən təxminən 10 min işıq diodundan istifadə etdiyi halda “WWDC 2019” sərgisində təqdim olunan “Apple Pro Display XDR” monitorunda 576 işıq diodu tətbiq edilib.  
 
Hesab edilir ki, “Micro LED” texnologiyasından istifadə sayəsində “Apple” qurğuları daha nazik və yüngül olacaq. Məhsulların istehsalında texnologiyanın daha bir üstünlüyü “OLED” matrisaları ilə müqayisədə onun ucuz olması və uzunmüddətli istismarı qeyd edilir.
 
Xatırladaq ki, hazırda “Apple” şirkəti Cənubi Koreyanın “Samsung” korporasiyasının istehsalı olan “OLED” matrisalarından istifadə etdiyinə görə ondan asılı vəziyyətdədir. “Micro LED” texnologiyasından istifadə ediləcəyi təqdirdə ABŞ istehsalçısı “OLED” tipli ekranların tədarükündən asılılığını azalda, eləcə də “iPad Pro” və “MacBook Pro” qurğularında displeylərin keyfiyyət səviyyəsini artıra bilər.
 
Nizam Nuriyev




Baxış sayı: 1283

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024