12px13px15px17px
Tarix:21/11/11

"Bakcell" 3G-nin maksimal cəlbedici tariflərini təklif edəcək

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC üçüncü nəsil (3G) standartında xidmətlər üzrə maksimal cəlbedici tariflərlə çıxış etmək niyyətindədir. Bu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Riçard Şirer deyib.

Onun sözlərinə görə, şirkət 3G şəbəkəsini işlək vəziyyətə gətirmək və 2G şəbəkəsinin işini yaxşılaşdırmaq üçün böyük iş görüb.

"Son 3-4 ildə şəbəkənin modernləşdirilməsinə xeyli vəsaitdə investisiya qoyulub. Həmin vəsaitlər təkcə şəbəkənin işinin və texniki göstəricilərinin yaxşılaşdırılmasına deyil, həmçinin distribüter şəbəkəsi vasitəsilə müştərilərlə işin təkmilləşdirilməsinə və müxtəlif kampaniyaların keçirilməsinə yönəlib", - o bildirib.

Şirerin sözlərinə görə, "Bakcell" ən münasib qiymətlər üzrə ən yaxşı xidmətləri göstərməyə çalışır. Bu prinsip 3G xidmətlərinə də şamil ediləcək. "Bakcell" şirkətinin baş icraçı direktoru mobil telefon vasitəsilə 3G şəbəkəsinin işini də nümayiş etdirib.

"Bu gün bizim 3G şəbəkəmiz Azərbaycanda ən sürətlidir. Biz 3G-nin sınaqdan keçirilməsinə lisenziya aldıqdan dərhal sonra başlamışıq və artıq ay ərzində şəbəkə sınaqdan keçirilir", - Şirer deyib.



Baxış sayı: 1211

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024