12px13px15px17px
Tarix:04/10/19

“OnePlus” şirkəti maraqlı reklam kampaniyasına başlayıb

"OnePlus" şirkəti Londonda məhsulların reklamı məqsədilə faydalı kampaniyaya start verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "IXBT www.ixbt.com" resursuna istinadən yazır ki, "Warp Charge SOS" adlı proqramın mahiyyəti ondan ibarətdir ki, smartfonunun enerjisi tükənən bütün şəhər sakinləri "OnePlus UK" şirkətinə olduğu yerin koordinatlarını göstərməklə "#WarpChargeSOS" heşteqindən istifadə edərək mesaj yaza bilər. Bundan sonra smartfonu istənilən yerdə enerji ilə doldurmağa kömək edən "xilasedici briqada" onun yanına gələcək. Bildirişləri "Twitter" və ya şirkətin xüsusi "Facebook" səhifəsinə göndərmək mümkündür.  
 
"Xilasedici briqada" çağırılmış yerə böyük akkumulyator və bir neçə "USB" çıxışı ilə təchiz edilən yanğınsöndürən maşınla gəlir.
 
Məlumata görə, "Warp Charge SOS" reklam aksiyası bir neçə şəhərdə, o cümlədən Amsterdam, Utrext və Helsinkidə keçiriləcək. Aksiya iştirakçılarından xidmətdən istifadə etmək üçün "OnePlus" istifadəçisi olmaq tələb olunmur.
 
Aksiya vasitəsilə "OnePlus" şirkəti "OnePlus 7T" smartfon modelini və 30 vatt gücündə "Warp Charge" sürətli enerjidoldurma texnologiyasını reklam edir.
 
Nizam Nuriyev




Baxış sayı: 395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2019

19 10 2019

19/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologi

19/10/19
Saxta xəbərlər yazan neyroşəbəkə yaradılıb

Vaşinqton Universiteti və süni intellektin tədqiqi ilə məşğul olan Allen adına İnstitut yalan xəbərlər ya

19/10/19
Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə “ağıllı

19/10/19
“Apple” ən bahalı brend olaraq qalır

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan “Interbrand” beynəlxalq konsaltinq şirkəti dünyanın ə