12px13px15px17px
Tarix:21/11/11

Corc Kluni Stiv Cobs olmaq istəyir

Soldan-sağa: Noa Uayli, Stiv Cobs, Corc Kluni

“The Sun” tabloidinə əsasən məlum olub ki, Stiv Cobs haqqında filmdə Corc Kluni “Apple” şirkətinin banisi rolunda çəkilməyi çox istəyir. 50 yaşlı aktyorun rəqibi "Silikon vadisinin quldurları" filmində Stiv Cobsu canlandırmış daha gənc aktyor Noa Uaylidir. Qeyd edək ki, hər iki iddiaçı "Təcili yardım" serialında birlikdə çalışıblar.

Kinoekspertlərin əksəriyyətinin fikrinə görə, Corc Kluni daha adlı-sanlı aktyordur. Lakin Noa Uaylinin Stiv Cobsu canlandırmaqda təcrübəsi var. Bundan əlavə Corc Kluni xarici görünüşə görə “Apple” banisinə oxşamır.

Filmin çəkilişləri növbəti ildə başlanacaq. Şayiələrə əsasən, ssenarini Eyron Sorkin yazacaq. Prodüser Mark Qordon olacaq. O, "Mənbə kodu", "2012", "Sıravi Rayanı xilas etmək" və s. kimi filmlərin üzərində çalışıb.



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024