12px13px15px17px
Tarix:08/10/19

2020-ci ildə qlobal server tədarükünün həcmi 5% artacaq

2019-cu ildə qlobal server avadanlığı bazarında zəif dinamika müşahidə olunur. “Digitimes Research”in ekspertləri bunu müştərilərdə anbar ehtiyatlarının yüksək səviyyəsi ilə izah edirlər. Ancaq vəziyyət tədricən normallaşacaq və analitiklər 2020-ci ildə tələbatın bərpasını və serverlərin tədarük həcmində təxminən 5% artım olacağını gözləyirlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlər 2019-dan 2024-cü ilədək server bazarında artımı təmin edəcək 3 əsas amili qeyd ediblər: hər şeydən əvvəl, bu, müəssisələrdə rəqəmli transformasiya, süni intellekt sistemləri tətbiqinin artması, həmçinin bulud məlumat mərkəzi operatorlarının hibrid bulud sistemlərini tanıtmaq cəhdidir. Bundan başqa, yeni nəsil “5G” şəbəkələrində məlumatların ötürülməsi həcminin artırılması əlavə stimul olacaq.

 

“Digitimes Research”ün proqnozuna görə, yaxın 5 ildə qlobal server tədarükü ildə orta hesabla 6,5% yüksələcək.

 

Emil Hüseynov





Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024