12px13px15px17px
Tarix:21/11/11

“Nokia”dan yeni smartfon

Veb-mənbələrin məlumatına əsasən, “Nokia” şirkəti yaxın vaxtlarda “Windows Phone” əməliyyat sistemi ilə işləyən öz üçüncü smartfonunu təqdim edə bilər.

Qeyd edək ki, Finlandiya istehsalçısı oktyabr ayında “Lumia 800” və “Lumia 710” smartfonlarını təqdim edib. Hər iki model monoblok tipli korpusda hazırlanıb və 1,4 QHz takt tezlikli “Qualcomm Snapdragon” prosessoru ilə təchiz edilib.

Əməli yaddaş tutumu 512 MB-a bərabərdir; sensor ekranın diaqonalı 3,7 düym təşkil edir. “Lumia 601” smartfonu, həmçinin monoblok tipli korpusda hazırlanacaq. Yeniliyin texniki xüsusiyyətləri hələ açıqlanmır.

Yeni modelin “CES 2012” (Las-Veqas, Nevada, ABŞ) sərgisində təqdim ediləcəyi gözlənilir. “Nokia” şirkəti üçüncü rübdə 106,6 milyon mobil aparat tədarük edib. Qurğuların orta qiyməti 51 avrodur. Keçən il bu göstəricilər müvafiq olaraq 110,4 milyon və 65 avro təşkil edib. Beləliklə, satışların azalması 3% təşkil edib.



Baxış sayı: 1321

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024