12px13px15px17px
Tarix:08/10/19

Azərbaycan İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanıb

"İnnovativ Azərbaycan" devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə Azərbaycan İnnovasiya Mükafatı (AİM) təsis olunub.

 

Azərbaycan İnnovasiya Mükafatının Təşkilat Komitəsinin tərkibi sahə üzrə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir.

 

Layihə çərçivəsində 2018-2019-cu illər ərzində innovasiya fəaliyyəti istiqamətində ən təşəbbüskar, fəal şirkət, layihə və şəxslər mükafatlandırılacaq.

 

İctimai əsaslı mükafatla əlaqədar elan olunmuş müsabiqəyə müraciətlərin qəbuluna artıq start verilib.

 

Müsabiqə "İlin startapı", "İlin influenseri", "İlin innovasiya tədbiri", "İlin innovasiya layihəsi" və "İlin innovasiya ekosistemi təmsilçisi" nominasiyaları üzrə keçirilir.

 

Bu linkə http://innoweek.az/award/ daxil olmaqla müsabiqədə iştirak üçün müraciət etmək mümkündür.

 

Qaliblər cari ilin 23 oktyabr tarixində baş tutacaq "İnnovation Awards Gala" mükafatlandırma mərasimində elan ediləcək.





Baxış sayı: 335

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Oktyabr 2019

19 10 2019

19/10/19
“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologi

19/10/19
Saxta xəbərlər yazan neyroşəbəkə yaradılıb

Vaşinqton Universiteti və süni intellektin tədqiqi ilə məşğul olan Allen adına İnstitut yalan xəbərlər ya

19/10/19
Vatikanda “ağıllı” təsbeh yaradılıb (VİDEO)

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə “ağıllı

19/10/19
“Apple” ən bahalı brend olaraq qalır

Əqli mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan “Interbrand” beynəlxalq konsaltinq şirkəti dünyanın ə