12px13px15px17px
Tarix:09/10/19

“PlayStation 5” konsolu nə vaxt satışa çıxarılacaq?

“Sony” şirkəti yeni nəsil oyun konsolunun 2020-ci ilin axırında “PlayStation 5” adı ilə kommersiya bazarına çıxarılacağını rəsmən açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğunun qiyməti barədə məlumat verilmir.

 

Məlumata görə, “PlayStation 5” üçün toxunuşla hiss edilən əks-əlaqəyə malik yeni kontroller layihələndirilir. Manipulyator müxtəlif toxunulmaqla duyulan təsirlərin generasiyası sayəsində oyunlara dalma təsirini artırmağa kömək edəcək.

 

Bundan başqa, kontroller adaptiv triqqerlərlə (yaddaşa malik rəqəmli qurğu) təchiz ediləcək. Oyun tərtibatçıları triqqerlərin müqavimətini proqramlaşdıra biləcəklər ki, bu da əks-əlaqə baxımından əlavə imkanlar təmin edəcək.

 

Hazırda “PlayStation 5” qurğusunun “Zen 2” və “Navi” mikroarxitekturası əsasında 7 nanometrlik platforma, şüaların istiqamətini göstərmə dəstəyi, sürətli bərkcisimli toplayıcının mövcudluğu və “PlayStation 4” üçün oyunlarla əks-uyğunluq kimi bir sıra texniki xüsusiyyətləri məlumdur.

 

Yaxın bir il ərzində yeni nəsil oyun konsolunun əlavə funksiyalarla təchiz ediləcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 204

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2020

21/01/20
“Samsung” şirkətinin smartfon bölməsinin rəhbəri dəyişib

“Samsung” şirkətində smartfonlar, daşınan elektronika və servislər daxil olmaqla mobil biznesin inkişafın

21/01/20
Ən ucuz “Nokia” smartfonunun texniki xüsusiyyətləri məlum olub

İnternetdə “Nokia” şirkətinin buraxacağı ən ucuz smartfonun texniki xüsusiyyətləri dərc edilib. 

21/01/20
“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub

“Apple” şirkəti mobil əməliyyat sistemində geolokasiya funksiyasını tam söndürməyə imkan yaradıb. Müvafiq

20 01 2020