12px13px15px17px
Tarix:09/10/19

Ən təhlükəsiz messencerdə boşluq aşkar edilib

“Signal” messenceri ən yaxşı və etibarlılardan biri hesab edilir. Bir vaxtlar ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden həmin messenceri tərifləyirdi. Lakin məlum olub ki, bu xidmət mükəmməl deyil. “Google”un əməkdaşları tərəfindən aşkar edilmiş boşluq istifadəçiləri dinləməyə imkan verir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google Project Zero” komandasının əməkdaşı Natali Silvanoviç bu yaxın günlərdə “Signal” messencerinin “Android” versiyasında ciddi boşluq aşkar edib. Həmin boşluq cinayətkarlara qurbanı onun smartfonunun köməyi ilə dinləməyə imkan verib.

 

Ekspertin sözlərinə görə, “Signal” messencerinin dəyişdirilmiş versiyası istifadəçinin smartfonunun mikrofon və kamerasına uzaqdan giriş əldə etməyə imkan verir. Bunun üçün haker, sadəcə, qurbana zəng vurmalı və cavabı gözləmədən çağırılan abunəçinin tərəfində zəngin qəbul edilməsi üçün öz smartfonunda “Mute” düyməsinə sıxmalıdır. Nəticədə cinayətkar qurbanı dinləmək imkanı əldə edir.

 

Emil Hüseynov





Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024