12px13px15px17px
Tarix:09/10/19

Qlobal planşet tədarükünün həcmi 120 milyondan aşağı düşə bilər

“Digitimes Research” şirkətinin analitikləri 2019-cu ildə həm brend modellərə, həm də “white-box” istehsalçıların qurğularına tələbatın azalması fonunda qlobal planşet bazarında nəzərəçarpacaq azalma proqnozlaşdırır. Ekspertlər hesab edirlər ki, planşetlərin tədarük həcmi davamlı olaraq azalmağa davam edəcək və 2024-cü ilə sözügedən bazarın həcmi 120 milyondan aşağı düşə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, brend planşetlərin tədarük həcminin böyük əksəriyyəti “iPad”ın payına düşür, amma analitiklərin fikrincə, yaxın vaxtlarda “Apple” artıq öz planşetlərini əvvəlki illərdə olduğu kimi aktiv yeniləməyəcək. “Digitimes Research”ün məlumatına görə, şirkətin “iPad” planşetinin qiymətini aşağı salmaq təcrübəsi isə, çətin ki, lazımi tələbatı stimullaşdıra biləcək.

 

2020-ci il üzrə proqnoza əsasən, planşetlərin tədarük həcmi çətinliklə 130 milyona yaxınlaşacaq. Gələcəkdə aşağı tələbat səbəbindən sözügedən cihazların tədarük həcmi hər il təxminən 2-3% azalmağa davam edəcək.

 

Emil Hüseynov





Baxış sayı: 289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Dekabr 2019

06 12 2019

06/12/19
“Apple” şirkəti “iPhone” istifadəçilərini daima izləyir?

“Apple” şirkəti istifadəçilərin olduğu yer haqqında məlumatları onlardan xəbərsiz toplayır. “iPhone” sahi

06/12/19
“Alibaba”nın alqoritmi dodaqdan əvvəllər əlçatmaz olan dəqiqliklə oxuyur

Dodaqdan oxuyan alqoritmlər artıq bir neçə ildir mövcuddur, ancaq onlar dəqiqlik göstəricisinə görə

06/12/19
“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfi

06/12/19
“AzInTelecom” "Bakutel 2019" sərgisində öz yeni məhsullarını təqdim edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC

06/12/19
Maddənin ən kiçik hissəciklərini birləşdirə bilən yapışqan hazırlanıb

Alimlər tərəfindən plastik və şüşə məmulatlar üçün hazırlanmış hiper yapışqan maddələr arasında moleku

06/12/19
Kontaktsız ödənişlər üçün yeni təhlükəsizlik standartı təqdim olunub

Ödəniş Kartları Sənayesi üzrə Təhlükəsizlik Standartları Şurası (PCI SSC) satıcılara “NFC” texnologiyasın

06/12/19
“Rossiya 24” telekanalının “Bakutel 2019” sərgisi ilə bağlı yayımladığı reportajda Prezident İlham Əliyevin müsahibəsi də yer alıb

Rusiyanın “Rossiya 24” telekanalı dekabrın 5-də “Bakutel 2019” 25-ci Azərbaycan Beynəlxalq Telekommunikas

06/12/19
“Nokia 2.3” smartfonu təqdim olunub

“HMD Global” şirkəti yeni “Nokia 2.3” smartfonunu rəsmən təqdim edib. Yeni qurğu “Android

06/12/19
Tokioda “Pepper” robotlarının çalışdığı kafe açılıb

Tokioda ofisiantlar qismində robotların da çalışdığı “Pepper Parlor” kafesinin açılışı olub.

06/12/19
Gələn il bütün qabaqcıl “Android” smartfonları “5G” şəbəkəsini dəstəkləyəcək

2020-ci ildə satışa çıxarılacaq “Android” əməliyyat sistemli bütün qabaqcıl smartfonlar “Qualcomm

06/12/19
“Nokia” şirkəti öz televizorunu təqdim edib

“Nokia” şirkəti Hindistan bazarında ilk televizorunu təqdim edib. Qurğu 4K təsvir ölçüsünə malikdir və “