12px13px15px17px
Tarix:17/10/19

10 il sonra “6G” texnologiyası əlçatan olacaq

Yaxın onillikdə məlumatların ötürülməsində qabaqcıl "5G" ilə müqayisədə daha səmərəli və daha sürətli olacaq altıncı nəsil (6G) şəbəkə texnologiyası əlçatan ola bilər. Bu haqda "Kyodo" agentliyinə müsahibəsində "Huawei" şirkətinin baş direktoru Jen Çjenfey deyib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "Biz 6G texnologiyasının tədqiqatına başlamışıq və düşünürəm ki, ən azı 10 il sonra sözügedən texnologiya praktik istifadə üçün əlçatan olacaq" – Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorun sözlərindən sitat gətirib. Həmçinin Çjenfey öz narahatçılığını bildirib ki, ABŞ "Huawei" şirkətinə qarşı məhdudiyyətləri 3-5 il qüvvədə saxladığı təqdirdə onun şirkəti "5G" texnologiyasının inkişafı sahəsində lider mövqeyini itirə bilər.

 

Emil Hüseynov





Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024